Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Minskdə Azərbaycan daha bir qızıl qazanıb


İyunun 28-də axşam saatlarında Azərbaycan güləşçisi Alyona Kolesnik II Avropa Oyunlarında medal qazanıb.

57 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (9:4) Kolesnik bürünc medala sahib olub.

Bu, Azərbaycan yığmasının Minsk-2019-da qazandığı 19-cu medal olub.Medallardan 3-ü qızıldır. Qalanları gümüş (5) və bürünc (11) mükafatlardır.

İyunun 28-də Azərbaycan idmançıları daha bir neçə medal qazanıb.

Onlardan biri, güləşçi Mariya Stadnik (50 kq) qızıl medal əldə edib.

Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu M.Stadnik rəqibini 7:1 hesabı ilə məğlub edib.

İyunun 21-də Minskdə II Avropa Oyunları başlayıb.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb. Orada idmanın 15 növü üzrə 200 dəst medal qazanılmalıdır. Azərbaycandan Minskə 82 idmançı yollanmışdı.

Onlar idmanın 11 növünü təmsil edirdilər.Həmin idmançılardan bəziləri artıq, yarışı medalsız başa vurublar.

Xatırlatma

I Avropa Oyunları 2015-ci ilin iyununda (12-28-də) Bakıda keçirilib. Bakı-2015-də Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşıb. Onlar 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya tutub.

XS
SM
MD
LG