Keçid linkləri

2024, 30 May, Cümə axşamı, Bakı vaxtı 19:48

Azərbaycan da plastik qablardan imtina edir


Plastik stəkanlar
Plastik stəkanlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda plastik qablardan istifadənin minimuma endirilməsini planlaşdırır.

«Turan» agentliyinin məlumatına görə, nazirliyin şöbə müdiri Umayra Tağıyeva artıq hazırlıq işlərinə start verildiyini açıqlayıb.

«Nazirlikdə bu məsələ ilə bağlı kompleks tədbirlər planı hazırlanır. İlkin mərhələdə ictimai rəyin öyrənilməsi nəzərdə tutulur. Əvvəlcə əhali arasında sorğu keçirilməsi planlaşdırılır. Tədbirlər mərhələli həyata keçiriləcək, bütün tərəflərin maraqları nəzərə alınacaq», - U.Tağıyeva bildirib.

Nazirlik rəsmisi plastik qabların toplanması məqsədilə Azərbaycanın 35 bölgəsində işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, həmin rayonlar üzrə plastik qabların toplanması və çeşidlənməsindan ötrü 100-dək konteyner quraşdırılıb.

Xatırlatma

Plastik qabların istifadəsindən imtina olunması məsələsi uzun illər idi ki, Avropa qurumlarında müzakirə olunurdu.

Bu yaxınlarda Avropa Parlamenti plastik qablaşdırmanın qadağan olunması haqqında qərar qəbul edib. Həmin qərar 2021-ci ilədək plastik məhsulların istifadəsinin qadağan olunmasını nəzərdə tutur.

Alimlərin rəyinə görə, plastik qablardan istifadə insanların sağlamlığına təhlükə yaradır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG