Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:54

Yollarda niyə bu qədər insan ölür?


Avtobus qəzaları:yorğun sürücülərin izahı
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Avtobus qəzaları:yorğun sürücülərin izahı

Bir neçə gün əvvəl 8 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza ölkə gündəmini zəbt etdi.

Bakıdan Lerikə gedən mikroavtobusun qəzaya düşməsi ilə bağlı müxtəlif dövlət orqanları az qala hər gün müxtəlif açıqlamalar verir.

Əvvəl bildirildi ki, mikroavtobusun sürücüsü icazəsiz fəaliyyətlə məşğul olub. Ardınca isə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi açıqlama verdi ki, sürücünün icazəsi olub, amma hadisə onun dincəlməməsi, yorğun olması səbəbindən baş verib.

Dünən, iyulun 10-da isə Bakı Nəqliyyat Agentliyinin rəsmisi bildirdi ki, sürücüyə icazə yalnız Bakının inzibati ərazisində işləmək üçün verilib. Onun şəhərlərarası fəaliyyəti qanunsuz olub.

Nəqliyyat eksperti İlqar Hüseynli bildirir ki, hər dəfə bu cür qəzalar baş verəndə dövlət qurumları müxtəlif bəyanatlarla məsuliyyətdən yayınmağa çalışırlar. Amma əslində icazəsiz fəaliyyət və ya həddindən artıq çalışma halları olubsa, bu həm də nəzarətedici dövlət qurumlarının məsuliyyətidir:

“Uzun məsafələr üzrə işləyən sürücülərin dincəlməsi, yalnız bir neçə saatlıq fasilədən sonra yenidən sükan arxasına keçməsinə lazımdır. Ən azından dövlət qurumları bu məsələlərə nəzarə etməlidir”.

Sürücü Sacəd Feyzullayev deyir ki, onların nəinki dincəlmək, heç dayanıb, sərnişin yığmaq üçün belə yerləri yoxdur. Onun sözlərinə görə, avtovağzala yalnız böyük avtobuslar buraxılır. Onun kimi şəxsi kiçik mikroavtobus işlədənlər üçünsə yer yoxdur. Dincəlməyə isə vaxt qalsa, elə maşındaca gözünün yuxusunu alır:

“Səhər saat 6-da Saatlıdan çıxmışam. İndi burda Saatlıya sərnişin yığıram. Bilmirəm də nə vaxt olacaq sərnişin. Elə olur ki, bir saata da yığılır, elə də olur axşama kimi çəkir. Günortaya qədər burda gözləyirəm, müştəri olsa yola çıxıram. Olmasa gedib, yeməyimi yerirəm. Elə burda maşında yastığım var, maşın da genişdi elə ordaca yatıram. Bir də axşamçağı sərində yola çıxıram”.

Sacəd Feyzullayev üç uşaq atasıdır. Deyir ki, o da dincəlmək, bir günlük fasilə ilə işləmək istəyərdi. Amma ailəsini dolandırmaq, üstəlik maşının aylıq kirayəsini ödəyə bilmək üçün fasiləsiz işləməyə məcburdur:

“Dolanışıq çox çətindir. Taksilər Saatlıya adamın birini 10 manata aparır. Biz də 5 manata aparırıq. 8 nəfərlik sərnişin, cəmi 40 manatdır. İki tərəf 80 manat edir. Bunun da 25 manatı yanacağa gedir, 20 manat mənim sürücülük haqqım qalanı da maşının arendasına gedir. Təsəvvür edin Saatlıdan Bakıya, Bakıdan Saatlıya mən cəmi 20 manata işləyirəm”.

Sacəd Feyzullayev deyir ki, tək o deyil, Azərbaycanda istər şəhərlərarası, şəhərdaxili ictimai nəqliyyat sürücülərinin çoxu elə eyni durumdadır. Sürücülərin əksəriyyəti gündə 16-18 saat sükan arxasında olur, nə istirahətləri var, nə də normal qazancları.

Bu mövzu zaman-zaman yerli medianın əsas mövzusuna çevrilir. AzadlıqRadiosunun bir neçə il öncə hazırldığı reportajda elmi araşdırmalara istinadla vurğulanırdı ki, bu rejimdə iş sürücünün qəza törətmə riskini artırır.

Azərbaycanın Əmək Məcəlləsinə görə gündəlik iş vaxtı 8 saatdan, həftədə isə 40 saatdan çox ola bilməz. Bəs, gündə onlarla, hətta yüzlərlə sərnişin daşıyan sürücülərin iş qrafikinə necə nəzarət olunur?

İyulun 9-da Masallıda baş verən qəza ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev yerli mediaya deyib ki, hadisə sürücünün dincəlməməsi, yorğun olması, diqqətini itirməsi səbəbindən baş verib:

“Kamera görüntüləri sübut edir ki, sürücü gecə saat 03:40 radələrində paytaxta daxil olur, bir saat sonra yola çıxır. Bu hadisənin də baş verməsinə səbəb, sürücünün dincəlməməsi, yorğun olması, diqqətini itirməsidir".

Bəs, sürücülərin Əmək Məcəlləsinin tələbinə uyğun olaraq, gündə 8 saat işləməsinə, onların dincəlməsi və fasilə ilə işə çıxması necə nəzarət olunur?

Şəhərlər və rayonlararası işləyən sürücülər üçün məkanların ayrılması, onların dincəlməsinə şərait yaradılması və digər suallara nə Dövlət Yol Polisindən, nə də Bakı Nəqliyyat Agentliyindən cavab ala bildik.

Amma nəqliyyat eksperti İlqar Hüseynli bildirir ki, hər baş verən qəza bir daha göstərir ki, bu sahəyə nəzarət olunmur.

Bakıda rastımıza çıxanlar isə deyir ki, nəinki sürüclər Bakıda yaşayan az qala hər kəs, elə onların özləri də çox işləməyə məcburdular:

Həftədə neçə gün, günə neçə saat işləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Azərbaycan hökuməti ölkədə yoxsulluq və işsizliyin 5 faiz civarında olduğunu bildirsə də, hökumətin tənqidçiləri bildirirlər ki, əlahilinin dolanışığı günü-gündən ağırlaşır. Ona görə də insanlar gündəlik çörək pullarını çıxara bilmək üçün, ən çətin işlərə belə razı olurlar. Hətta bu onların həyatını və sağlamlıqlarını təhlükədə qoysa da belə.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG