Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 19:06

Azərbaycanın adı daha bir pulyuma əməliyyatında


DTX əməliyyatı: Ağstafa icra başçısı və müavini həbs edildi
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00

DTX əməliyyatı: Ağstafa icra başçısı və müavini həbs edildi

Azərbaycanın adı daha bir pulyuma əməliyyatında hallanır. Bu gün dekabrın 19-da Malta Today qəzeti yazıb ki, Azərbaycanın hakim ailəsinin Maltanın Pilatus bankından milyon dollarlıq əməliyyatlar üçün istifadə etdiyinə dair məlumatlar var.

Malta Today yazır ki, bu əməliyyatlar Azərbaycan prezidenti İlham Əliyevin qızları və Fövqəladə Hallar naziri Kəmalləddin Heydərovun oğlanlarına bağlılığı olan şirkətlər vasitəsilə ilə aparılıb.

İddialara görə, Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Vircin adalarında Əliyevalara məxsus 10-dək yaxın şirkət Pilatus bankda milyonlarla dollarlıq pulköçürmə əməliyyatları aparıb.

Pilatus bank bir neçə il öncə şübhəli əməliyyatlar və pulyuma iddialarından sonra qapadılmışdı.

Bu bankda araşdırmalara Malta Maliyyə Xidmətlərinə Nəzarət qurumu maltalı jurnalist Daphne Galizia-nın həyatına süi-qəsddən sonra başlamışdı.

Araşdırmaçı jurnalist 2017-ci ilin oktyabrında evindən çıxdıqdan az sonra avtomobilində törədilmiş partlayışda öldürülüb. Bu qətlin istintaqı davam edir

Daphne Galizia öz yazılarından birində Azərbaycan prezidentinin qızlarına məxsus şirkətin Maltanın baş nazirinin həyat yoldaşına məxsus şirkətə bir milyon dollar köçürüldüyünü yazırdı.

Amma Malta Today yazır ki, Əliyevalara məxsus şirkətlərin müxtəlif şübhəli əməliyyatlarda iştirakı sənədlərə sübut olunsa da, Malta baş nazirinin xanımına pul köçürülməsi faktı öz təsdiqini tapmayıb.

Hələlik Azərbaycan hökuməti bu təhqiqatla bağlı məsələyə münasibət bildirməyib

Amma bundan əvvəl, 2017-ci ildə Azərbaycanın adı daha bir pulyuma əməliyyatında hallanırdı. O zaman Azərbaycan rəsmiləri bunu “Azərbaycanı istəməyən qüvvələrin işi” adlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG