Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 12:47

Azərbaycan Ermənistana məxsus PUA-nın vurulduğunu bildirir


Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan bugün, avqustun 6-da Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulduğunu bildirir.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

MN bildirib ki, Hava Hücumundan Müdafiə bölmələri həmin PUA-nı dərhal aşkar edərək vurub.

Məsələyə, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Azərbaycan son həftələr Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus bir neçə PUA-nı vurduğunu açıqlayıb.

Ondan əvvəl (iyulun 18-i) isə Azərbaycanın işğal altındakı bölgəsində silahlı bölmələrin pilotsuz uçuş aparatı vurduqları bildirilmişdi. O, barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yaymışdı.

Amma həmin məlumata Azərbaycan Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmamışdı.

İyulun 12-i, 13-ü və 14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər baş vermişdi. Prezident İlham Əliyev onda Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu demişdi.

Həmin günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yaymışdı.

Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edib.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

XS
SM
MD
LG