Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 16:33

Özünü və iki kiçik qızını 5-ci mərtəbədən atmaqda suçlanan ananın məhkəməsidir


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakıda ananın 3 və 4 yaşlarında iki qızı ilə birlikdə özünü binanın beşinci mərtəbəsindən atması ilə bağlı məhkəmə araşdırmaları başlayıb. Bu olayın başvermə səbəbləri və başqa detallar Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

Hadisə nəticəsində uşaqlardan biri həyatını itirib. Aytən Abbasova və digər azyaşlı övladı isə xəstəxanaya çatdırılıb.

26-yaşlı Abbasova indi övladlarından birini qəsdən öldürməkdə, digərini isə öldürməyə cəhddə ittiham olunur. Ona ittiham verilən maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Amma Azərbaycan qanunvericiliyində qadınlar üçün ömürlük həbs cəzası yoxdur.

Qardaşı onun qanuni nümayəndəsi təyin olunub

Martın 13-də məhkəmənin hazırlıq iclasında məlum olub ki, təqsirləndirilən Abbasova fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilib. O, xeyli müddət psixiatriya xəstəxanasında saxlanılıb. Lakin 10-15 gün olar ki, evə buraxılıb. Hazırda da fəaliyyət qabiliyyəti olmadığına görə qardaşı onun qanuni nümayəndəsi təyin olunub. Abbasovanı məhkəməyə də qardaşı gətirmişdi. Hadisə zamanı aldığı xəsarətlər nəticəsində onun yeriməsində problem yaranıb.

Hadisə 2022-ci ilin iyulunda Yeni Yasamaldakı binalardan birində baş verib. Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov əvvəllər Astara Rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Sonradan Rusiyaya gedib, ailəsi isə Astaradan Bakıya köçüb. Hadisə baş verən evdə Abbasovanın uşaqları və qayınanası ilə birlikdə kirayə qalırmış.

Hadisə zamanı həyatını itirən və xəsarət alan azyaşlıların atası Abbasov zərərçəkmişlərin hüquqi varisi qismində tanınıb. Lakin o, məhkəmədə iştirak etməyib.

Hakimlər bu cinayət işinin məhkəmə araşdırmasının qapalı keçirilməsinə qərar verib. Martın 16-dan dindirmələr başlayacaq.

XS
SM
MD
LG