Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:24

Qazaxıstanda QHT-lərdən qranta görə vergi ödəmək tələb olunur


Ayna Shormanbayeva

Almatıda 2 qeyri-hokumət təşkilatı (QHT) vergiyə görə cərimə olunublar.

“Liberti” və “Beynəlxalq hüquq təşəbbüsü” təşkilatlarından xarici qrantlara görə korporativ gəlir vergisi ödəmək tələb olunur.

Paytaxt Astanadakı “ Kadır-Kasiet” təşkilatı da eyni problemlə üzləşib.

AzadlıqRadiosu Qazaxıstan xidmətinin məlumatına görə, yoxlamaya səbəb Astana bir sakininin şikayət etməsi olub.

O, maliyyə nazirliyinə göndərdiyi məktubda bildirirb ki, xaricdən qrant alan QHT-lər cəmiyyətin əsas dəyərlərinə qarşı fəaliyyət göstərə bilərlər, buna görə də bu cür təşkilatların yoxlanmasını istəyir.

Almatı vergi idarəsi 5 ay əvvəl “Liberti” və “Beynəlxalq təşəbbüs təşkilatı” nın fəliyyətini yoxlamağa başlayıb və dekabrın sonunda hər iki təşkilatı cərimələyib.

Bundan başqa bu təşkilatlardan korporativ gəlir vergisi tələb olunur.

“Liberti” 2,5 (təxminən 7 500 dollar) milyon tenqe, “Beynəlxalq təşəbbüs təşkilatı” isə 1,3 milyon (təxminən 3 900 dollar) tenge ödəməli olacaq.

Astanadakı “Kadır-Kasiet” təşkilatının yoxlaması isə davam edir.

Hər iki QHT cərimə ilə razılaşmır və bunu siyasi sifariş hesab edirlər.

“Liberti” təşkilatının rəhbəri Qalım Aqeleuov təşkilatın bu qədər cəriməni ödəməyə imkanı olmadığını və məhkəməyə müraciət edəcəyini deyir.

Galim Ageleuov
Galim Ageleuov

Onun sözlərinə görə vergi orqanları onların Avropa Komissiyası-ndan aldıqları qarantı tanımır, hansı ki, bu cür qrantlara korporotiv gəlir verisindən güzəştlər verilir.

“Avropa Komissiyasından aldığımız qrantlar barədə lazım olan bütün sənədləri, Avropa Komisiyası-nın Qazaxıstandakı səfirindən məktub, müqavilənin özünü, bütün sənədləri vermişik. Amma vergi orqanları bunları sənəd kimi tanımırlar, bu cəfəngiyyatdır”, Qalım Aqeleuov bildirir.

“Liberti” təşkilatı bu qrantın hüquq müdafiəçiləri, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün təlimlərə sərf edildiyini deyir.

Söhbət Qazaxıstanda ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı qanun qəbul edilməsi ideyasının reallaşmasından gedir.

“Beynəlxalq hüquq təşəbbüsü” təşkilatı da məhkəmənin qərarından şikayat verməyə hazırlaşır.

Təşkilatın rəhbəri Ayna Şormanbayeva deyir ki, vergi idarəsinin əməkdaşları, onlara qrant verən xarici səfirliklərin hökumətin təsdiq elədiyi siyahıda olmadığını bildiriblər, hərcənd əvvəllər heç vaxt belə problem olmayıb.

“Onlar 5 ay ərzində heç nə tapa bilmədilər, sadəcə bizim qrantları tanımırlar, hesab edirlər ki, biz kommersiya təşkilatı kimi gəlir əldə edirik və buna görə korporativ gəlir vergisi ödəməliyik”Ayna deyir.

Bu təşkilat isə insan haqlarının müdafiəsi ilə məşğuldur və bu sahədə təlimlər keçir.

Qazaxıstanda qeydiyyatdan keçən QHT-lər ötən il martın 31-dən mədəniyyət və idman nazirliyinə hesabat verməlidirlər.

Beynəlxalq hüquq-müdafiə təşkilatları, BMT və ATƏT bu qaydanı tənqid edib, bunu demokratik islahatlarla bağlı Qazaxıstan hökumətinin götürdüyü öhtəliklərin pozulması adlandırıblar.

“Kadır-Kasiet” təşkilatının rəhbəri Anara İbraeva isə deyir ki, vergi xidməti QHT-lərin 5 illik fəaliyyətini yoxlaya bilər, amma nədənsə onların diqqətini məhz beynəlxalq qrantlar hesabına mövcud olan hüquq müdafiəçiləri çəkir.

Anara Ibraeva
Anara Ibraeva

Anara deyir ki, bu 3 təşkilat ona görə hədəfə alınıb ki, insan haqları və vətəndaş cəmiyyəti fəallarının müdafiəsi ilə məşğuldur.

Almatı dövlət gəlirləri departamentindən AzadlıqRadiosunun Qazaxıstan xidmətinin sorğusuna cavab olaraq, bu təşkilatların yoxlanması barədə məlumat verə bilməyəcəklərini deyiblər.

Onlar bunun vergi sirri olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG