Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 23:56

Türkiyə Rusiya-Çin Ay stansiyasında iştirak etmək istəyir


Ay
Ay

Türkiyə, habelə digər ölkələr Rusiya və Çinin Beynəlxalq Elmi Ay Stansiyası layihəsinə qoşulmaq istəyirlər.

Bunu aprelin 8-də Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoli Petrukoviç bildirib.

"Beynəlxalq Ay stansiyasında başqa ölkələrin də iştirakı nəzərdə tutulur, bu, təkcə Rusiya-Çin və ya Çin-Rusiya stansiyası deyil. Məsələn, stansiyada iştirak üçün Türkiyədən və digər ölkələrdən müraciətlər var", - alim deyib.

Moskva və Pekin 2025-ci ildən iki mərhələdə birgə Beynəlxalq Elmi Ay Stansiyasının yaradılmasına başlamağı planlaşdırır.

Layihəyə əsasən, Ayın kəşfiyyatı, istifadəsi də daxil çoxsahəli və çoxməqsədli tədqiqat işləri aparılmalıdır.

XS
SM
MD
LG