Keçid linkləri

2026, 20 Avqust, cümə axşamı, Bakı vaxtı 15:41

17 il beynəlxalq axtarışda olan şəxsin Azərbaycana gətirildiyi deyilir

DTX əməliyyatçıları
DTX əməliyyatçıları

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı ilə 2009-cu ildən beynəlxalq axtarışa verilən şəxsin saxlanılıb Azərbaycana gətirilərək istintaqa cəlb olunduğu bildirilir.

Bununla bağlı ölkənin yerli saytlarıının yaydığı məlumatlara görə, həmin şəxs 2008–2009-cu illərdə bir sıra qanunsuz əməllərdə ittiham edilir.
Bura Əfqanıstanda, Pakistanda qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, beynəlxalq təşkilatların nümayəndələrinə, beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına və eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilinə aid ittihamlar daxildir.

İddialara görə, ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş bu şəxsin eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.

Hələlik, Dövlət Təhlükəsizlik Xidməti özü ayrılıqda bununla bağlı hər hansı açıqlama yaymayıb.

Məlumatlarda adı gedən şəxsin yaxınları və vəkilinin isə bu iddialara münasibətini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG