Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:11

Polisin 5 AXCP fəalını saxladığı deyilir


AXCP-dən verilən məlumata görə, polis əməkdaşları məhkəmə binası önünə toplaşanlardan dağılmalarını tələb edib, bundan sonra isə bəzi şəxslər saxlanıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 10-dan çox fəalının yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkməsinin qarşısında saxlandığı bildirilir.

AXCP-dən verilən məlumata görə, polis əməkdaşları məhkəmə binası önünə toplaşanlardan dağılmalarını tələb edib, bundan sonra isə bəzi şəxslər saxlanıb.

Partiyadan bildiriblər ki, saxlananların bəziləri buraxılıb.

“Ancaq onlardan 5 nəfrinin məhkəməyə çıxarılacağı gözlənilir.Onların nədə ittiham edildiyi açıqlanmır”, AXCP-dən bildiriblər.

Bu məlumata, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkməsinində bəzi cəbhəçilərin məhkəməsi davam edib.

2018-ci il mayın 25-də AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov saxlanmışdı. Ondan öncə mayın 8-də isə mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə ( 1992-1993-cü illər) Gədəbəy rayonunun icra kaimiyyətinin başçısı olmuş Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli həbs edilmişdi.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları iddia olunur.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələriylə ittiham edilirlər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edib və onu qurama iş adlandırıb.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində həmin iş üzrə məhkəmə davam edir. Məhkəmə salonuna daxil ola bilməyən AXCP fəalları da bir qayda olaraq binanın qarşısında gözləyir. Yanvarın 14-də də AXCP fəallarının məhkəmə önündə saxlandığı bildirilir.

XS
SM
MD
LG