Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:38
AXCP qurultay keçirir
AXCP qurultay keçirir

Əli Kərimli yenidən AXCP sədri oldu [yenilənir] [Canlı]

Azərbaycan Xalq Cəbhəsi Partiyası qurultay keçirir.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Cəbhəsi Partiyasının qurultayı üçün yer ayırıb.

Partiya sədrinin müavini Fuad Qəhrəmanlı qurultayın sentyabrın 27-də Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcəyini deyir.

Onun sözlərinə görə, qurultayda 800-ə yaxın nümayəndə iştirak edəcək.

14:45 27.9.2015

AXCP sədrinin müavini Nürəddin Məmmədli

"Uzun sürən mübarizə nəticəsində AXCP Azərbaycan xalqı ilə bütünləşmiş təşkilata çevrilib. AXCP gəncliyin partiyasına çevirilir. Gəncliklə mübarizə aparanlar məğlubiyyətə məhkumdur.

Hakimiyyət də bizim gücümüzün qarşısında acizdir. Amansız represiyalar, AXCP sədrinə xarici pasport verilməsi və s buna nümunədir.

Əvvəllər xalqı talan edirdilər. Sonra cəbhəçilərin profillərini oğurlamağa başladılar. İndi isə özlərini oğurlayırlar."

"Bütün dünya Azərbaycanda kimin kim olduğunu yaxşı bilir. Hakimiyyətin oğru talançı, AXCP-ninsə dürüst və düzgün insa olduğundan xəbərdardırlar. Əminəmki, bunlar yaxın gələcəkdə özünü göstərəcək."

14:38 27.9.2015
Bağışlayın, hazırda bu bölmə işləmir.

14:36 27.9.2015

Qurultay davam edir

AXCP sədrinin müavini Fuad Qəhramanlı danışır:

"Azərbaycanın gələn ilki büdcəsi 4 milyard ixtisar olunub. Bu o deməkdir ki, işsizlərin, ümidlərin sıralarına yeniləri əlavə olunacaq. Sosial gərginlik, etirazlar güclənəcək. Neft siyasəti tənəzzül edib. Manatı saxlamaq üçün Milli Bank hər ay bazara milyardlıq müdaxilə edir. Lakin gələn il buna imkanları olmayacaq. Bu qiymətlərin artımı, hakimiyyətlə xalq qarşıdurması deməkdir."

14:34 27.9.2015

AXCP Qurultay keçirir - AzadlıqRadiosu canlı yayım edir

Bağışlayın, hazırda bu bölmə işləmir.

Davamı

XS
SM
MD
LG