Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:33

AXCP fəalı polisə aparıldığını deyir


Hacıqabul
Hacıqabul

Bu gün, avqustun 17-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Hacıqabul Rayon Şöbəsinin üzvü Rəşad Dadaşov polisə aparıldığını bildirir.

Bu barədə AzadlıqRadiosuna danışan R. Dadaşov bildirib ki, evdən onu 3 polis əməkdaşı aparıb və bir saat yarıma Hacqabul Rayon Polis Şöbəsində saxlanıb.

Fəalın sözlərinə görə, ona partiyanın rayon şöbəsinin yaxın günlərdə keçirilməsi gözlənən iclası ilə bağlı xəbərdarlıq edilib: "Üstüörtülü dedilər ki, iclasa imkan verilməyəcək və cəhd olsa dərhal dağıdılacaq".

Onun bu açıqlamasına, hələlik, Hacqabul Rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, bu il müxtəlif vaxtlarda onların 60 civarında fəalları inzibati qaydada cəzalanıb. Partiyadan vurğulandığına görə, onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib.AXCP onların siyasi mövqelərinə görə, şərləndiyini açıqlayıb.

Amma, bu açıqlanan rəqəmi də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Üstəlik, Azərbaycanın rəsmiləri bir qayda olaraq bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların fikrincə, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə, təzyiqlərlə üzləşmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG