Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

AXCP fəalına 30 sutka həbs cəzası verilib


arxiv foto
arxiv foto

“Bu gün, iyunun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) fəalı Eldəniz Ağayevə 30 sutka inzibati həbs cəzası verilrib”.

Bunu AXCP-dən bildiriblər. Partiyadan verilən məlumata görə, bu, əsassız inzibati həbslərin yenidən başlanmasıdır.

“E. Ağayevi iyunun 24-də iş yerindən Yasamal Rayon Polis İdarəsinə aparıblar. İyunun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsilə təqsirli bilinib. Amma başa düşə bilmirik ki, iş yerində olan şəxs polisə necə müqavimət göstərə bilər”, deyə AXCP-dən sual ediblər.

Partiyada hesab edirlər ki, E.Ağayev sosial şəbəkələrdə çox fəal idi və inzibati cəza alması bununla bağlı ola bilər.

Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

AXCP-dən verilən məlumata görə, bu il müxtəlif vaxtlarda onların 60 civarında fəalları inzibati qaydada cəzalanıb. Partiyadan verilən məlumata görə, onların əksəriyyəti polisin qanuni əmrinə tabe olmamaqda təqsirləndirilib.

AXCP onların siyasi mövqelərinə görə şərləndiyini açıqlayıb.

Amma bu açıqlanan rəqəmi də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Üstəlik, Azərbaycanın rəsmiləri bir qayda olaraq bəyan edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Onların fikrincə, heç kim dinc siyasi fəaliyyətinə görə təzyiqlərlə üzləşmir.

XS
SM
MD
LG