Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:30

AXCP fəalı saxlanılıb


Əlixan Rəcəbli, arxiv foto

Məlumata görə, AXCP üzvü günorta saatlarında yaşadığı evdən Masallı Rayon Polis Şöbəsinə aparılıb.

İyulun 4-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Əlixan Rəcəblini polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna partiyadan məlumat verilib.

Məlumata görə, AXCP üzvü günorta saatlarında yaşadığı evdən Masallı Rayon Polis Şöbəsinə aparılıb:

"Evinə polis gəlib bildirib ki, rəis Əlixanı görmək istəyir. Şöbəyə aparılanda bizə bu barədə məlumat verə bildi".

Partiyadan əlavə ediblər ki, Ə.Rəcəblinin saxlanma səbəbi onun sosial şəbəkələrdə aktivliyi ilə bağlıdır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG