Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon şöbəsinin fəalı (keçmiş sədri) Rauf Əbdürəhmanlı qardaşı Ramin Əbdürəhmanov-un onun siyasi fəaliyyəti ilə bağlı saxlandığını deyir.
Rauf Əbdürəhmanlı Azadlıq Radiosuna bildirib ki, qardaşı Ramin Əbdürəhmanov Şəkidə yaşayır və heç bir siyasi fəaliyyət göstərmir.
O vurğulayıb ki, qardaşı noyabrın 22-də saxlanaraq 10 sutka inzibati həbs cəzası alıb:
“Bu inziabti cəza əslində mənə, ailəmizə təzyiqdir”-deyə R.Əbdürəhmanlı virğulayıb.
Ancaq o, məsələ ilə bağlı əlavə detalları bilmədiyini söyləyib.
R.Əbdürəhmanlı əlavə edir ki, bu ilin iyununda özü də polisə müqavimətdə günahlandırılaraq 30 sutkalıq cəzaya məruz qalıb:
“Onda iyun ayında məni Bakıda saxlayıb gecə ilə Şəki polisinə təhvil verdilər. Mənə əsassız yerə 30 sutka inzibati cəza verildi. Amma cəzanı çəkib çıxdığım gün məni Şəki Rayon Polis Şöbəsində müstəntiqin yanına göndərdilər. Müstəntiq dedi ki, bir də sosial şəbəkələrdə tənqidlərimi davam etdirsəm, haqqımda cinayət işi açılacaq”.
R.Əbdürəhmnalı deyir ki, 2014-cü ildə özü, 2016-cı ildə isə qardaşı işlədikləri müəssisədən azad olunublar .
Onun bütün bu dediklərinə, hələlik, Şəki rayon Polis Şöbəsindən və başqa əlaqəli rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son illər bəzi jurnalistlərin, müxalifətçilərin, mühacirətdə olan fəalların fəaliyyətinə görə, onların yaxınlarının həbs edilməsi ilə bağlı tez-tez şikayətlər eşidilir. Amma rəsmilər də dəfələrlə bəyan ediblər ki, Azərbaycanda heç kim ailə üzvülərinin və qohumlarının fəliyyətinə görə təzyiqə, ayrıseçkiliyə məruz qalmır.Üstəlik, rəsmilər iddia edirlər ki, Azərbaycanda insanlar fikir və əqidlərinə görə yox, konkret törətdikləri əməlləri ilə bağlı məsuliyyətə cəlb edilirlər.