Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 22:40

AXCP fəala işgəncə verildiyini deyir, DİN təkzib edir


Aprelin 22-də inzibati qaydada həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı şöbəsinin üzvü Arif Babayevin fiziki təzyiqlərə məruz qaldığı bildirilir.

Bu barədə AXCP-dən məlumat verilib.

Arif Babayev İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ) maddəsinin pozmasında təqsirıi bilinib. O Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Partiyadan verilən məlumata görə, Arif Babayev Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsində döyülüb:

"Bundan əlavə o, Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlama Məntəqəsində hədə-qorxu yolu ilə “günahını” boyununa almağa və gələcəkdə siyasi çağırışlar etməyəcəyi barədə çıxışa məcbur edilib, video çəkiliş aparılıb".

Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Turan” agentliyinə bu deyilənləri təkzib edib:

"Polis bölmələrində saxlanılanlara işgəncə verilməsi barədə məlumatlar absurddur. Əgər kimsə sosisal şəbəkələrdə qadağan olunmuş, insanları təşvişə sala biləcək məlumatları yayıbsa, həmin şəxslər müəyyən olunur və barələrində tədbir görülür. Konket Arif Babayevə gəlincə, ona niyə işgəncə verilməlidir və ya hədə-qorxu gəlinməlidir ki? Əgər o hər hansı status yazıbsa, fakt göz qabağındadır və o statusu yazdığını etraf edirsə, ona niyə hədə-qorxu gəlinməlidir?"

XS
SM
MD
LG