Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Avtomobillərin də qeydiyyat qiyməti qalxıb


Avtomobillərin özgəninkiləşdirilməsi üçün dövlət rüsumları artırılıb.

Fiziki şəxslərin minik avtomobillərini özgəninkiləşdirməsi ilə bağlı müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üzrə dövlət rüsumunun məbləğləri təsdiq edilib. Bu barədə baş nazir Novruz Məmmədov iyulun 31-də qərar imzalayıb.

Yeni qərarə əsasən fiziki şəxslərin aldıqları avtomobillərin qeydiyyata alınmasından ötrü rüsumlar artırılıb. Buna qədər bu rüsumun 25-50 manat arasında dəyişdiyi bildirilirdi.

Yeni qərarla mühərrikinin həcmi 2 min kubsantimetrədək olan avtomobillərdən ötrü rüsum 100 manat müəyyən edilib.

Mühərrikinin həcmi 3 min kubsantimetrədək olan avtomobillər üzrə 100 manat rüsum, üstəlik, 2000-dən yuxarı olan hər kubsantimetrə görə 10 qəpik əlavə ödəniş edilir.

Mühərrikinin həcmi 4000 kubsantimetrədək olan avtomobillərdən ötrü isə 200 manat rüsum ödənilməli, üstəgəl, 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 qəpik əlavə ödəniş olunmalıdır.

Mühərrikinin həcmi 5 min kubsantimetrədək olan avtomobillərə isə 400 manat dövlət rüsumu ödənilir. Üstəgəl mühərrik həcminin 4001-5000 kubsantimetr hissəsi üzrə hər kubsantimetrə görə əlavə 30 qəpik rüsum ödənəcək.

Mühərrik həcmi 5 min kubsantimetrdən yuxarı olan avtomobillərin qeydiyyatına görə də 1500 manat rüsum verilməlidir.

XS
SM
MD
LG