Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:12

Avstriya casusluqda şübhələndiyi rusiyalını beynəlxalq axtarışa verib


Avstriya polisi, Vyana , 4 iyul, 2018
Avstriya polisi, Vyana , 4 iyul, 2018

Avstriya rusiyalı İgor Zaytsevi beynəlxalq axtarışa verib.

65 yaşlı Zaytsev casusluqda və Rusiya Baş Kəşfiyyat İdarəsinə işləməkdə şübhəli bilinir.

Mətbuatın yazdığına görə, Zaytsevin işi, ötən ilin payızında Rusiyaya casusluq etməkdə şübhəli bilinən istefada olan avstriyalı polkovnikin işi ilə bağlıdır.

Bu barədə həmin vaxt lk olaraq Kütləvi informasiya vasitələri məlumat yaymışdı.

Məlumata görə, keçmiş hərbçi 1990-cı illərin sonlarından Rusiyanın hərbi kəşfiyyatına miqrasiya böhranı, Avstriyanın hərbi aviasiyası və artileriya sistemləri barədə məlumat ötürürmüş.

O, Moskva ilə 20 illik əməkdaşlığa görə təxminən 300 min avro alıb.

Keçmiş polkovnik ifadələrində bunu etiraf edib.

Həmin vaxt baş verən bu insidentə görə Avstriyanın xarici işlər naziri Karin Knaysl Rusiyaya səfərini təxirə saldı.

Həmin vaxt kansler olan Sebastyan Kurts isə Rusiyanın bu hərəkətini qəbuledilməz adlandırmışdı.

Moskva bəyan edib ki, Vyana Rusiyaya şübhə iddiasını mətbuatla yox, birbaşa çatdırmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG