Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 05:19

Avstriyada siyasi qalmaqal, təkrar seçki keçiriləcək


Avstriya kansleri Sebastian Kurz və vitse-kansler Heinz-Christian Strache ,19 dekabr, 2019, Vyana
Avstriya kansleri Sebastian Kurz və vitse-kansler Heinz-Christian Strache ,19 dekabr, 2019, Vyana

Avstriya prezidenti ölkədə vaxtındanəvvəl parlament seçkisi keçirilməsini dəstəkləyib.

Buna səbəb, son günlər vitse-kansler Heinz-Christian Strache ətrafında qopan qalmaqal olub.

Prezident Alexander Van der Bellen deyib ki, ölkənin nüfuzunu yalnız seçki xilas edə bilər.

Prezident mayın 19-da kansler Chancellor Sebastian Kurz-la növbəti addımları müzakirə edib.

Kurz bundan əvvəl, mümkün qədər tez parlament seçkisi keçirməyə çağırmışdı.

Bundan başqa o, mayın 18-də Strache-nin rəhbərlik etdiyi qatı-sağçı “Azadlıq partiyası” ilə koalisiyadan çıxdıqlarını bəyan edib.

Kütləvi informasiya vasitləri (KİV) qalmaqaldan əvvəl Strache-nin, özünü Alena Mayarova adlandıran rus qadınla söhbətini yayıb.

Görüş 2017-ci ilin iyulunda-Strache-nin vitse-prezident olduğu seçkiyə 3 ay qalmış İspaniyanın İbiza adasında baş tutub.

Makarova dövlət sifarişləri əvəzində onun partiyasının maliyyələşməsinə 250 milyon avro təklif edib.

Mətbuatın yazdığına görə, Makarova “saxta fiqur” olub, amma bunun kimlər tərəfindən təşkil edildiyi bəlli deyil.

Jurnalistlər qeyd edirlər ki, Latviya vətəndaşı olan Makarova bir rusiyalı oliqarxın qphumudur.

Strache isə vəziyyəti “dolaşıq sərxoş məsələ” adlandırıb.

O artıq tutduğu vəzifə və partiya rəhbərliyindən istefa verib.

XS
SM
MD
LG