Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:05

Avstriyanın yeni kansleri: 'Türkiyəyə Avropa Birliyində yer yoxdur'


Sebastian Kurz
Sebastian Kurz

Avstriyanın yeni kansleri Sebastyan Kurtz deyib ki, rəsmi Ankaranın son illərdəki suiyasi kursu Türkiyənin Avropa Birliyinin üzvü olmasını mümkünsüz edir.

Kurtz bu günlərdə "Bild am Sonntag". nəşrinə müsahibəsində deyib ki, son illərdə Türkiyədə insan haqlarının pozulması halları artıb.

"Avropa Birliyinin bunlara göz yumması yolverilməzdir. Düşünürəm ki, indiki şəraitdə Türkiyəyə Avropa Birliyində yer yoxdur və onun üzvlüyü ilə bağlı danışıqlarıdayandırmaq lazımdır" - deyə kansler bildirib.

Sebastyan Kurtz ifrat sağçı qüvvələri təmsil edir.

Onun partiyası bu günlərdə mühafizəkar qüvvələrlə birlikdə hökumət qurmağa qərar verib.

Kanslerin fikrincə, Türkiyə hökuməti Avstriya, Almaniya və başqa ölkələrdə yaşayan türk icmalarına təsir etməyə, onların yerli cəmiyyətlərə inteqrasiyasına mane olmağa çalışır.

Bundan əvvəl Türkiyənin Xarici İşlər Nazirliyi Avstriya hökumətinin yeni proqramına etirazını bildirib.

Proqramda qeyd edilir ki, rəsmi Vyana Türkiyə ilə AB üzvlüyü haqda danışqların dayandırılması mövqeyindən çıxış edəcək.

Buna da bax: Erdoğan Qüdsdə səfirlik açacağını deyir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG