Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:03

Avstraliyada meşə yanğınlarında 1 milyarddan çox heyvan öldüyü bildirilir


Avstraliyada yanğın, 8 yanvar, 2020
Avstraliyada yanğın, 8 yanvar, 2020

Avstraliyada meşə yanğınlarında 1 milyarddan çox heyvan öldüyü bildirilir.

Belə qənaətə Sidney Universitetinin alimləri gəliblər.

Universitetin Təbiət elmləri fakültəsinin professoru Kris Dikmanın məlumatına görə, təkcə Yeni Cənubi Uels ştatında 800 milyon heyvan ölüb.

O, çoğrafi və itki sayı baxımından bunu “dəhşətli faciə” hesab edir deyir ki, bu, nəsli kəsilməkdə olan heyvanların yoxa çıxmasını sürətləndirəcək.

Yanğından qurtulub geri dönən heyvanlarsa yeməyə heç nə tapmırlar, çünki ətraf kül içindədir.

Avstraliyada meşə yanğınları ötən ilin oktyabrında ölkənin şərqindən başlayıb.

Son aylarda 5 milyon hektara yaxın meşə yanıb.

İndiyədək yanğında 24 nəfər ölüb.

Viktoriya və Yeni Cənubi Uels ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib.

Hakim dairələr alovla mübarizəyə 3 minə yaxın hərbçi cəlb edib.Hər yan tüstü içində olduğundan yanğını havadan söndürmək mümkün deyil.

Hökumət bərpa işlərinə təxminən milyardyarım dollar ayırmaq fikrindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG