Keçid linkləri

Təcili xəbərlər
2020, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:30

Avropadakı koronavirus daha ölümcüldür?


Britaniya mediası, o cümlədən Sky News telekanalı xəbər verib ki, Çin alimləri yeni koronavirus – COVID-19-un 30-dan çox yeni mutasiyasını aşkar etdiklərini bildiriblər.

Onların fikrincə, bu fakt virusun dünyanın bir sıra yerlərində daha çox ölüm törətməsini izah edir.

Çinin Zhejiang Universitetindən olan alimlər bildiriblər ki, onlar virusun öz patogenliyini – yəni xəstəliktörətmə qabiliyyətini əhəmiyyətli dərəcədə dəyişə bilməsinin birbaşa sübutunu tapıblar.

Bu araşdırmanın hesabatını Çinin ən yüksək səviyyəli infeksionistlərindən biri olan xanım Li Lanjuan da daxil bir qrup alim yazıb.

Yeri gəlmişkən, epidemiyanın başlandığı Vuhan şəhərini tamamilə bağlamaq təklifini də xanım Li vermişdi.

Həmin o Vuhanın 700 kilometrliyində

Hesabatda deyilir ki, virus nümunələri Vuhanın 700 kilometrliyində yerləşən Hanqjoudakı xəstəxanalarda olan 11 pasientdən, yanvarın 22-si ilə fevralın 4-ü arasında götürülüb.

Bu, epidemiyanın erkən mərhələsi idi.

“Ultra dərin sekvenləmə” və ya nukleotid zəncirinin detallı öyrənilməsi metodundan istifadə edən alimlər rəsmi adı SARS-CoV-2 olan virusun 33 mutasiyasını qeydə ala biliblər.

Bunlardan 19-u virusun yeni ştammı və ya modifikasiyası idi.

Avropada ağır, ABŞ-da yumşaq mutasiya

Çin mediası yazır ki, mutasiyaların ən ölümcülləri Avropa boyunca pasientlərdə tapılıb.

Bu da qeyd olunur ki, Birləşmiş Ştatlarda, xüsusilə də Vaşinqtonda qeydə alınmış virus ştamları daha yumşaq mutasiyalardır.

Beş pasientdən tapılmış bir mutasiya bundan əvvəl yalnız Avstraliyada bir pasientdə aşkar olunmuşdu.

Alimlər bildiriblər ki, koronavirusun belə geniş ştamm şaxələnməsi hələlik çox az öyrənilib.

Onlar xəbərdarlıq ediblər ki, bu cəhət vaksinlərin yaradılmasında çətinlik törədəcək. Başqa sözlərlə mümkün qədər çox ştammı əhatə edən vaksinin yaradılması asan olmayacaq.

Virusun tutumu

Alimlər bundan başqa habelə virusun “tutumluğunu” öyəniblər. Tutum dedikdə virusun insan hüceyrəsində 1, 2, 4, 8 və 48 saat sonra hansı sayda olacağı nəzərdə tutulur.

Ən aqressiv virusların ən zəif vurusdan 270 dəfə tutumlu ştamlar yarada bilməsi aşkar edilib.

Professor Li və onun həmkarları bildiriblər ki, virus tutumunun böyüklüyü onun daha ölümcül olmasını şərtləndirir.

Sözü gedən 11 pasient - 4 ay və 71 yaş arasında olan 8 kişi və 3 qadın idi. Onlarda COVID-19-un yumşaq və ağır formaları aşkar olunmuşdu.

O vaxtdan bəri pasientlərin hamısı sağalıb.

Son məlumatlara görə dünya boyunca yeni koronavirusa 2.4 milyon yoluxma, 170 mindən çox ölüm qeydə alınıb.

XS
SM
MD
LG