Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:12

Avropa İttifaqı 2021-ci ildən yay-qış vaxtını ləğv edir


Generic -- alarm clock

Avropa millət vəkilləri martın 26-da Avropa İttifaqı ərazisində yay-qış vaxtına keçid praktikasının 2021-ci ildən ləğv olunması barədə qərarı böyük səs çoxluğu ilə qəbul ediblər. Hərçənd bu Avropa İttifaqı icra orqanlarının istədiyindən iki il gecdir.

Hazırda yazda saatların əqrəbləri bir saat irəli çəkilir, payızda isə bir saat geriyə qaytarılır.

Avropa İttifaqının bir çox ölkələri bu praktikanın tətbiqinə 1970-ci illərdə baş vermiş neft böhranı zamanı başlayıblar. İttifaqın bütün üzvləri vaxtın mövsümi dəyişdirilməsinə 1996-cı ildə keçiblər.

İndi isə Avropa Parlamenti vaxtın mövsümi dəyişdirilməsi praktikasının dayandırılmasına 410-192 nisbətilə səs verib.

Bununla belə millət vəkilləri hansı vaxtın - qış, yoxsa yay vaxtının qalması barədə hələlik razılığa gələ bilməyiblər.

Avropa Şurası vaxtın dəyişdirilməsinə son qoyulması barədə təklifi ötən sentyabrda İttifaq boyunca keçirilmiş rəy sorğusundan sonra vermişdi. Həmin sorğuda respondentlərin 84 faizi mövsümi vaxta son qoyuylmasını istəmişdi.

Əgər təklif ilkin variantında qəbul olunsaydı, vaxt artıq elə bu həftə olduğu kimi saxlanacaqdı. Millət vəkilləri yay və ya qış vaxtının daha münasib olması barədə müzakirəni sonra da apara bilərdilər.

Bu barədə parlament hesabatında deyilir ki, elmi araşdırmalar vaxtın dəyişdirilməsinin bir sıra xəstəliklərə səbəb olduğunu müəyyən edib, halbuki texnologiyaların yüksək inkişaf etdiyi indiki dövrdə belə bir dəyişiklik elektrik enerjisinə qənaət sahəsində heç bir mənfəət gətirmir.

Bu praktikaya ABŞ-da da son qoyulması məsələsinə baxılır, lakin orada millət vəkilləri praktikanın dayandırılmasına dair qərarı qəbul edə bilməyiblər.

Rusiya 2011-ci ildə daimi olaraq yay vaxtına keçsə də, ictimaiyyətdən gələn çoxsaylı şikayətlərə görə 2014-cü ildən birdəfəlik olaraq qış vaxtına keçib.

Avropa və Şimali Amerikadan başqa dünyanın digər ölkələrində vaxtı mövsümə görə dəyişmirlər.

Azərbaycanda yay-qış vaxtının tətbiqinə 1997-ci ildən başlanmışdı.

Lakin Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən, 2016-cı ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ləğv olunub.

XS
SM
MD
LG