Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Avropa Birliyi Qarabağ münaqişəsinə diqqəti artırır


Piter Semnebi «dondurulmuş» münaqişələrlə məşğul olmaq üçün Avropa Birliyindən geniş səlahiyyət aldığını deyir

Qafqazda "dondurulmuş" münaqişələrin həlli Avropa Birliyinin əsas prioritetlərindən biri olacaq.

Bu barədə "Azadlıq" radiosunun erməni xidmətinə Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirib. İsveçli diplomat deyir ki, "dondurulmuş" münaqişələrlə məşğul olmaq üçün Avropa Birliyindən daha geniş mandat, səlahiyyət alıb:


"Məndən əvvəlki nümayəndənin mandatı münaqişələrin həllinə yardım etmək idisə, mənim mandatım münaqişələrin həllinə dəstək verməkdir".

Avropalı diplomat etiraf edir ki, onun təsir imkanları məhduddur. Lakin onun sözlərinə görə, mandatın genişləndirilməsi Avropa Birliyinin münaqişələrin nizamlanmasına indi daha çox önəm verdiyinə bir siqnaldır.


Cənab Semnebi həmçinin əlavə edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması nə Azərbaycan, nə də Ermənistan üçün faydalıdır. Onun sözlərinə görə, bu münaqişəyə həll tapılmasa, Ermənistanın izolyasiyası davam edəcək. Azərbaycanda isə bəzi qüvvələr hesab edirlər ki, vaxt onlara işləyir.


Piter Semnebi: "Azərbaycan tərəfinin münaqişəni hərbi yolla həll etmək cəhdi çox ciddi nəticələrə gətirib çıxara bilər. İlk növbədə bu cəhd uğursuz ola bilər. Bu, həmçinin Azərbaycandakı investisiya mühitinə ciddi zərbə vura, Azərbaycanı tərəfdaş kimi gözdən sala bilər".


XS
SM
MD
LG