Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Hesabat: Hər üç yəhudidən biri Avropadan mühacirət etməyi düşünür


Polşadakı keçmiş nasist düşərgəsindən sağ çıxanlar orada keçirilən yadetmə mərasimində iştirak edirlər (Foto arxivdəndir)
Polşadakı keçmiş nasist düşərgəsindən sağ çıxanlar orada keçirilən yadetmə mərasimində iştirak edirlər (Foto arxivdəndir)

Avropa İttifaqında yaşayan bir çox yəhudilər dinlərini gizlədirlər və “yüksəlişdə olan antisemitizmə” görə hər üç yəhudidən biri mühacirət etməyi düşünür. Bu barədə məlumat Avropa İttifaqı Təməl İnsan Haqları Agentliyinin (EU Fundamental Rights Agency) apardığı araşdırmanın hesabatında verilib.

Vyanada mənzillənmiş təşkilatın 12 ittifaq ölkəsində 16 min 400 yəhudi arasında apardığı sorğuda iştirak edənlərin hər 10 nəfərindən 9-u son beş ildə antisemitizmin yüksəldiyini deyib.

Bu da qeyd olunur ki, Avropa yəhudilərinin 96 faizi bu 12 ölkədə yaşayır. Yəhudilər arasında təhlükə hissi xüsusilə də Fransada güclüdür. Onun ardınca Polşa, Belçika və Almaniya gəlir.

Rəyi soruşulanların 25 faizindən çoxu bidlrib ki, son bir ildə azı bir dəfə qısnamaya məruz qalıb.

Respondentlərin 40 faizi yəhudi olduqlarına görə fiziki zorakılıq qurbanına çevriləcəyindən qorxur. Rəyi soruşulanların 3 faizi isə son bir ildə nifrət cinayətinin hədəfi olduğunu bildirir.

Hər 10 yəhudidən biri iş və təhsil yerlərində, evlə təminat və səhiyyə sahələrində diskriminasiya ilə üzləşdiyini deyir.

Avropa İttifaqı rəsmiləri Avropa hökumətlərini belə cinayətlərin qarşısının alınmasına və Holokostun təşviqi də daxil maarifləndirmə işi aparmağa çağırırlar. İkinci Dünya Müharibəsi illərində 6 milyonadək yəhudi nasistlər tərəfindən öldürülüb.

Avropa Komissiyası rəhbərinin müavini Frans Timmermans deyib ki, “yəhudilər özlərini Avropada salamat hesab etmirlərsə, deməli Avropa yoxdur”.

Avropa İttifaqının ədliyyə komissarı Vera Jourova isə deyib ki, “Avropadakı yəhudilər özlərini təhlükəsizlikdə hiss etmirlər və bu həyəcanvericidir”.

Hazırda Macarıstanın baş naziri Viktor Orban və Britaniya müxalifətinin rəhbəri Jeremy Corbyn bir srıra hallarda ifadə etdikləri antisemit fikirlərə görə yəhudi icmaları tərəfindən kəskin tənqid olunular.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG