Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 17:28

Gürcüstan və Ukrayna Şengen zonasının bir addımlığında…


AzadlıqRadiosunun müxbiri Rikard Jozwiak yazır ki, Avropa Parlamentində dekabrın 15-də keçirilmiş səsvermə Ukrayna və Gürcüstan vətəndaşlarını Avropa İttifaqı ilə vizasız gediş-gəlişi təmin edən Şengen zonasına bir addım da yaxınlaşdırıb.

Avropa Parlamentinin qəbul etdiyi sənəd Ukrayna və Gürcüstan vətəndaşları üçün “müəyyən şəraitdə” vizasız rejimin tətbiqi mexanizmini nəzərdə tutur. Bu sənəd 485 leyhinə, 132 əleyhinə, 21 bitərəf nisbəti ilə qəbul edilib.

Yanvar ayında Avropa millət vəkilləri Gürcüstan üçün birbaşa vizasız rejimi nəzərdə tutan sənədi səsə qoyacaqlar. Ukranya üçün belə bir səsvermənin bəlkə də fevralda keçiriləcəyi gözlənilir.

Lakin həqiqi vizasız rejimin tətbiqindən əvvəl Avropa Parlamenti bu rejimi dayandıran və ya ləğv edən mexanizm barədə sənədi qəbul etməlidir.

Avropa İttifaqı və Avropa Parlamenti Ukrayna və Gürücstan vətəndaşlarına vizasız rejimin tanınması barədə payızın əvvəllərində razılıq veriblər, lakin vizasız rejimin lazım gəldikdə necə dayandırılmasına dair mexanizm ətrafında fikir ixtilafları qalır.

Əldə olunmuş kompromis razılaşmaya görə Aİ-nin ayrı-ayrı üzvlərinə və Avropa Parlamentinə vizasız rejimi birtərəfli qaydada dayandırmaq hüququ verilib.

Bu da qeyd olunur ki, vizasız rejim Ukrayna və ya Gürcüstan vətəndaşlarının kütləvi qaydada bu rejimdən sui-istifadə etməsi, yəninizamsız olaraq Aİ ərazisində olması, bu ölkələrdən kütləvi şəkildə sığınacaq müraciətlərinin daxil olması və ya Avropaya səfər edənlərin qayıtmaması halında müvəqətti olaraq dayandırıla bilər.

Müçşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, Gürcüstan və Ukrayna – hər ikisi Rusiyanın təcavüzünə məruz qalsa da, texniki baxımdan Şengen zonasına daxil olmaq üçün Gürcüstan daha şanslı görünür.

Şengen zonası ölkələri bunlardır: Almaniya, Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Yunanıstan, Malta, Macarıstan, İsveç, İspaniya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Hollandiya, Polşa, Portuqaliya, Slovakiya və Sloveniya.

XS
SM
MD
LG