Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:13

Avropa Türkiyəni sanksiyalarla hədələyir


Martin Schulz
Martin Schulz

Avropa parlamentinin sədri Martin Şults ( Martin Schulz) Türkiyəni sanksiyalarla hədələyib.

Bu, ölkədə müxalif siyasətçilər və jurnalistlərin həbsi fonunda baş verir.

“Avropa Birliyi Türkiyəyə qarşı mümkün iqtisadi sanksiyaları nəzərdə keçirməlidir. İlin sonunda Türkiyənin də daxil olduğu gömrük ittifaqında islahatlar aparılmalıdır. Bu ölkədə müxalif siyasətçilər və jurnalistlərin növbəti həbsindən sonra “Gömrük İttifaqı”nın genişləndirilməsini təsəvvür edə bilmirəm” deyə Martin Sults “ Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.

O, həmçinin Avropa Birliyinin bu ölkədə ölüm hökmünün bərpasının mümkünlüyünə qarşı olduğunu vurğulayıb.

“Əgər Türkiyə ölüm hökmünü bərpa eləsə, onunla Avropa Birliyinə üzvlük danışıqları bitəcək”, deyə o bildirib.

Amma Şults qeyd edib ki, o,bu danışıqların davam etdirilməsini istəyir.

Türkiyə prokurorluğu bu günlərdə kürdpərəst “Xalq demokrat partiyası”nın lideri Səlahəddin Dəmirdaş da daxil olmaqla bu partiyadan olan11 deputatın həbsinə order verib.

Pardiya PKK qrupunu dəstəkləməkdə ittiham olunur.

Bundan başqa ötən həftə “Cumhuriyet” qəzetinin əməkdaşları həbs olunub.

Prokurorluq qəzeti PKK və 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülen hərəkatı ilə əlbir olmaqda

günahlandırır.

Amma Qəzetin əməkdaşları 15 iyul qiyamından əvvəl də hüquq-mühavizə orqanları tərəfindən təqib olunurdu.

Keçmiş baş redaktor Can Dundar ilin əvvəllərində dövlət sirrini yayma ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

Həmin yazı Türkiyənin Suriyada keçirdiyi əmliyyat barədə idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG