Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:17

Avropa Trump-ı İranla nüvə sazişini saxlamağa çağırır


Prezident Rohani İranın nüvə qurğularından birində
Prezident Rohani İranın nüvə qurğularından birində

Almaniya, Fransa və Britaniyadan olan yüzlərcə millət vəkili ABŞ Konqresindəki həmkarlarını İran və dünyanın 6 gücü arasında imzalanmış 2015-ci il nüvə sazişinə dəstək verməyə çağırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Trump bu sazişun ya “yaxşılaşdırılması” ya da da ləğv edilməsi üçün mayın 12-dək vaxt qoymuşdu.

Almaniya, Britaniya və Fransanın milli parlamentlərinin 500-dək deputatının aprelin 19-da imzaladığı bəyanatda deyilir ki, sözü gedən saziş Qərbə İranın nüvə proqramı üzərində misilsiz nəzarət verir.

2015-ci il nüvə sazişi Britaniya, Almaniya, Fransa ilə yanaşı həm də Birləşmiş Ştatlar, Çin və Rusiya tərəfindən imzalanıb.

Trump Tehranı bu sazişin “ruhunu” pozmaqda ittiham edir və bildirir ki, Vaşinqtonun Avropa müttəfiqləri nüvə sazişindəki “dəhşətli qüsurları” aradan qaldırmasalar ABŞ bu razılaşmadan çıxacaq.

Donald Trump İranın raket proqramı ilə əlasqədar nüvə sazişinin şərtlərinin sərtləşdirilməsini tələb edir.

Avropa millət vəkillərinin birgə bəyanatında deyilir ki, çox təlatümlü Yaxın Şərq regionunda nüvə silahının yayılmaması həm ABŞ-ın, həm də Avropanın maraqlarındadır.

Millət vəkilləri xəbərdarlıq edirlər ki, bu sazişin ləğvi Yaxın Şərqdə daha bir dağıdıcı münaqişəyə yol aça bilər.

Bəyanatda deyilir: “Buna görə də biz sizi İranın nüvə təhlükəsini buxovlayan koalisiyamızı dəstəkləməyə çağırırırq”.

Gələn həftə Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel ABŞ-a səfər edəcəklər.

Onların səfərindən bir məqsəd də Birləşmiş Ştatları nüvə sazişində saxlamaqdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG