Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 01:26

Avropa rəsmiləri Əfqanıstandan böyük qaçqın axınına hazır olmağa çağırırlar


BELGIUM -Avropa Parlamenti- 23 iyul, 2020
BELGIUM -Avropa Parlamenti- 23 iyul, 2020

Fransa prezidenti Emmanuel Macron bildirib ki, Fransa, Almaniya və digər birlik ölkələri, qanunsuz miqrant axınının qarşısını almaq üçün vahid bə koordinasiyalı cavab hazırlayırlar

Avropa rəsmiləri Avropa Birliyini Əfqanıstandan gözlənən böyük miqrant axınına birgə cavab hazırlamağa çağırıblar.

Qeyd edək ki, Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib, Taliban isə paytaxt Kabili tutub. Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər.

Avqustun 17-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri və NAYO ölkələrinin səfirləri Brüsseldə Əfqanıstandakı vəziyyət və evakuasiya məsələsini müzakirə edirlər.

Yunanıstanın xarici işlər naziri Notis Mitarachi bildirib ki, onun ölkəsi əfqan qaçqınları üçün Avropaya qapı ola bilməz və olmayacaq.

O, qeyd edib ki, bu məsləylə bağlı ümumi bir qərar verilməlidir və bunu Avropa Birliyi etməlidir.

Fransa prezidenti Emmanuel Macronsa bildirib ki, Fransa, Almaniya və digər birlik ölkələri, qanunsuz miqrant axınının qarşısını almaq üçün vahid bə koordinasiyalı cavab hazırlayırlar.

Qeyd edək ki, son aylar Əfqanıstandakı vəziyyətə görə, bu ölkədən , Türkiyə başda olmaqla qonşu ölkələrə qaçqın axınının artdığı müşahidə olunur.

Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.

Amma Kabil hava limanı, xarici diplomatik missiyaların əməkdaşları və digər xarici vətəndaşların evakuasiya edilməsi üçün hələlik ,ABŞ və digər beynəlxalq koalisiya qüvvələrinin nəzarətindədir.

XS
SM
MD
LG