Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:06

AŞPA sessiyasında Azərbaycanla bağlı dinləmələr gözlənilir


"Laundromat" araşdırması. "3 milyard dollara yaxın pul Azərbaycandan necə çıxarılıb?" Araşdırmadan qrafika.
"Laundromat" araşdırması. "3 milyard dollara yaxın pul Azərbaycandan necə çıxarılıb?" Araşdırmadan qrafika.

Oktyabrın 9-da StrasburqdaAvropa ŞurasıParlament Assambleyasında (AŞPA) payız sessiyası çərçivəsində ""Laundromat" (pulların yuyulması anlamında) son qoymağın və Azərbaycanı cavab verməyə çağırmağın vaxtıdır" mövzusunda müzakirələr keçiriləcək.

Dinləmələri Azərbaycan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) AŞPA-nın keçmiş prezidenti Ann Brasserin dəstəyilə keçirəcək. Tədbir yerli vaxtla saat 13.00-dan 14.00-dək davam edəcək.

Görüşdə Azərbaycanın Avropa Şurasında keçmiş səfiri Arif Məmmədov, RATİ-nin rəhbəri Emin Hüseynov, Demokratiyanın İnkişafı və İnsan Hüquqları Mərkəzinin prezidenti Yuri Cibladze və"Azadlıq faylları"Mərkəzinin direktoru Olqa Zaxarova çıxış edəcək.

Dinləmələrin təşkilatçıları hesab edirlər ki,beynəlxalq jurnalist şəbəkəsinin"Azərbaycan landromatı" adlı hesabatı "Avropa demokratiya və düzgünlük standartlarını müdafiə etməli olan AŞPA-nı silkələməlidir".

Oktyabrın 11-də AŞPA sessiyasında "Azərbaycanda demokratik institutların fəaliyyəti" mövzusunda hesabat müzakirə olunacaq.

Sənədi assambleyanın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərihazırlayıblar.

Buna da bax: 'Azərbaycanın pulyuyan maşını' 2.9 milyardı necə yuyub?

Azərbaycandan çıxarılan 3 mlrd. dollar kimlərin cibinə gedib?
Gözlə

No media source currently available

0:00 0:14:40 0:00

XATIRLATMA

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP) son bir ayda «Azərbaycanın pulyuyan maşını» adlı araşdırma çərçivəsində bir neçə yazı dərc edib. Həmin yazılarda Azərbaycan hakimiyyətinin 3 milyard dollara yaxın pulu qanunsuz yollarla ölkədən çıxardığı iddia olunur. O da bildirilir ki, Azərbaycandan gizli yollarla çıxarılan bu pulların böyük hissəsi Avropada siyasətçilərə rüşvət kimi verilib.

Prezident İlham Əliyevin köməkçiləri Əli Həsənov və Novruz Məmmədov bir neçə dəfə bəyanat verərək, bu araşdırmaları əsassız iddialar, Azərbaycan hakimiyyətinə qarşı qarayaxma adlandırıblar.

Prezidentin mətbuat xidmətinin rəhbəri Azər Qasımov isə deyib ki, bu məsələlərin nə dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyəti var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG