Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:19

Hökumətin 25 borcu...


FRANCE – Members of the Parliamentary Assembly of the Council of Europe take part in a debate on the functioning of democratic institutions in Turkey, at the Council of Europe in Strasbourg, April 25, 2017
FRANCE – Members of the Parliamentary Assembly of the Council of Europe take part in a debate on the functioning of democratic institutions in Turkey, at the Council of Europe in Strasbourg, April 25, 2017

Azərbaycan niyə kompensasiyaları ödəmir?

Avropa İnsan Haqları Məhkəməsinin qərarları ilə təyin olunmuş kompensasiya hökümət tərəfindən ərizəçilərə ya ödənilmir, ya da hissə-hissə ödənilir. AzadlıqRadiosuna danışan vəkil Əsabəli Müstafayev belə deyir.

Onun sözlərinə görə, bu “neqativ tendensiya” 2017-ci ildən başlayıb və hələ də öz həllini tapmayıb. Vəkil qeyd edir ki, 2016-cı ildə Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi bir sıra qərarlar üzrə hökümət təxminən 25 ərizəçiyə kompensasiyanı hələ də ödəməyib. “Bu ərizəçilərin bir hissəsinə kompensasiya ümumiyyətlə ödənilməyib, bir hissəsinə isə ödəməyə başlasalar da, bu proses sonradan dayandırılıb. Bir hissə adamlara isə ödəniş olur, amma tam şəkildə yox, hissə-hissə. Məbləğ o qədər də böyük deyil ki, bunu ödəməyə hökümətin gücü çatmasın. Söhbət 150-200 min avrodan gedir”.

Mustafayev kompensasiyaların ödənilməsiylə bağlı hökümət nümayəndələrinə müraciət etsələr də, məsələnin həll olunmadığını qeyd edir. “Düzdür, kompensasiyanı ala bilməyən ərizəçilərin sayı bundan çox idi, bu il böyük hissəsinə kompensasiyalar ödənildi. Ancaq problem axıra kimi həll olunmadı. Qalan ərizəçilərə sanki hansısa siyahıya uyğun kompensasiyalar tam şəkildə ödənilmir”.

Vəkil bununla bağlı Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edib.

“Avropa Məhkəməsinin qərarı ilə kompensasiyaların ödənməsi Avropa Şurasının üzv ölkələrin öz üzərinə götürdüyü öhdəliklərdən biridir. Biz əvvəllər də qurumun Nazirlər Komitəsinə Azərbaycan hökümətinin kompensasiyaları ödəməməsi lə bağlı müraciət etmişdik, bu yaxınlarda bir də müraciət edəcəyik”, - deyə Mustafayev bildirdi.

Çingiz Əsgərov e-mail-ə cavab vermir?

Milli Şuranın üzvü Tofiq Yaqublu kompensasiyasını ala bilməyənlərdəndir. O, AzadlıqRadiosuna deyir ki, 2016-cı ildə hökümət Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə təyin edilmiş kompensasiyanı ödəməyə başlasa da, bu proses tez bir zamanda dayandırılıb və indiyə qədər bərpa ediməyib.

“Düşünürəm ki, hakimiyyət kompensasiyamı imkansızlıqdan yox, mənə qarşı qərəzli münasibətə görə ödəmir”.

Yaqublu kompensasiyanın ödənilməməsilə bağlı dəfələrlə Prezident Administrasiyasına müraciət etdiyini söyləyir: “Dəfələrlə Çingiz Əsgərovun (Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi – red.) elektron poçtuna məktub yazmışam, amma cavab yoxdur. Sabah isə Avropa Şurasının Nazirlər Komitəsinə məsələ ilə bağlı müraciət edəcəm”.

Azərbaycan hökuməti isə bu sahədə problem olmadığını, bütün kompensasiyaları ödədiyini bildirir. Çingiz Əsgərov KİV-ə kompensasiyaların ödənilməsi üçün hər hansı müddət göstərilmədiyini demişdi.

Kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG