Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Hollandiya insan haqlarını pozanlara qlobal ümumavropa sanksiyaları təklif edir


Hollandiyanın xarici işlər naziri Stef Blok
Hollandiyanın xarici işlər naziri Stef Blok

Hollandiya bütün dünya boyunca insan haqlarını pozmaqda ittiham olunan fərdlərə qarşı yeni Avropa İttifaqı sanksiyalar rejiminin tətbiqini təklif edib.

Avropa İttifaqının 28 ölkəsindən olan nümayəndələr noyabrın 20-də Haaqada görüşərək Hollandiyanın “Avropa İttifaqının İnsan Haqları Sanksiyaları Rejiminə Doğru” adlı sənəddə ifadə olunan təklifini müzakirə edəcəklər.

AzadlıqRadiosunun noyabrın 19-da tanış olduğu sanksiya rejimində deyilir ki, “bu rejim İttifaqın indiyədək mövcud olan məhdud coğrafi miqyaslı sanksiya rejimindən fərqlənir”.

Sənəddə qeyd olunur ki, rejim “qlobal miqyasda insan haqlarını pozan fərdləri, habelə qeyri-dövlət vahidlərinin üzvlərini, məsələn qiyamçı qruplaşmaları hədəfləyəcək”.

Təklifdə bu da deyilir ki, məhkəmədənkənar, qanunsuz və kütləvi edam, adamların yoxa çıxarılması və işgəncə kimi ciddi insan haqları pozuntularına yol vermiş fərdlər barəsində mülkiyyətin dondurulmsaı və viza qadağanı kimi tədbirlər görülməlidir.

“Hollandiyanın xarici işlər naziri Stef Blok Avropa İttifaqı Xarici İşlər Şurasının Brüsseldə küeçşirilən görüşünün kuluarlarında AzadlqıRadiosuna deyib ki, “biz son bir neçə ildə bir neçə ölkənin müxtəlif fərdlərə qarşı sanksiyalar tətbiq etmək mümkünlüyünü müzakirə etməsinin şahidi olmuşuq”.

Nazir əlavə edib ki, bununla belə indiyədək Avropa İttifaqı miqyaslı sanksiya alətləri yoxdur.

Noyabrın 19-da Rusiyanın hakimiyyət orqanları Britaniyada yaşayan və rəsmi Moskvanın qatı tənqidçisi olan maliyyəçi Bill Browder-i 2009-cu ildə Moskva həbsxanasında ölmüş həmkarı Sergei Magnisky-nin qətlində şübhəli elan edib.

Yazdığı tvitdə Browder, onun təbirincə deyilərsə, bu “kafkasayağı” ittihamları rədd edib. Maliyyəçi diqqəti belə bir məqama çəkib ki, Moskva bu ittihamları Avropa İttifaqı üzv ölkələrinin blokun öz Magnitsky qanununun qəbulu məsələsini müzakirəsindən bir gün əvvəl səsləndirib.

Magnitsky Rusiya rəsmilərinin dövlətdən 230 milyon dollar mənimsədiyini iddia etdikdən sonra həbs olunmuşdu.

Onun vəfatından bəri Browder insan haqlarını pozanları cəzalandıran qanunların qəbulu üçün kampaniya aparır. ABŞ-ın 2012-ci il tarixli Magnitsky qanununun qəbuluinda da maliyyəçinin həlledici rolu olub.

Blok deyib ki, Hollandiyanın təklifi barədə hələlik Avropa İttifaqı üzvləri arasında konsensus yoxdur, amma o “nikbinliyini” itirmir.

Nazir əlavə edib ki, Avropa İttifaqı nazirləri bu təklifi dekabrın 10-da Brüsseldə keçiriləcək yığıncaqda da müzakirə edə bilərlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG