Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 18:10

Avropa İttifaqı Rusiya təbliğatı ilə mübarizəyə çağırır


Avropa İttifaqının təhlükəsizlik komissarı Julian King

Avropa Komissiyası və millət vəkilləri, Rusiyanı Avropa İttifaqının birliyini pozmaq məsədilə əlaqələndirilmiş “dezinformasiya kampaniyası” aparmaqda ittiham ediblər və bu təhlükənin qarşısının alınması üçün tədbirlərin artırılmasına çağırıblar.

Avropa İttifaqının təhlükəsizlik komissarı Julian King yanvarın 17-də Strasburqda deyib: “Düzünü desəm, kremlyönlü dezinformasiya kampaniyasının əlaqələndirilmiş strategiya olmasına çox az şübhə var. Eyni dezinformasiya mümkün qədər çox dillərdə, çox kanallarda və çox vaxtlarda aparılır”.

Avropa Parlamentinin Rusiyanın Aİ ölkələrinə təbliğat təsirinə həsr edilmiş eyni sessiyasında, deputatlar, onların təbirincə deyilsə, “kremyönlü əlaqələndirilmiş sızmalara, saxta xəbərlərə, dezinformasiya kampaniyalarına və kiberhücumlarına Aİ tərəfindən çox məhdud reaksiya verilməsinə təəssüf ifadə ediblər.

Onlar habelə Rusiyanın Britaniyada 2016-cı ildə keçirilmiş Avropa İttifaqı referendumuna, habelə Fransa, Almaniya və İspaniyada keçirilən seçkilərəmüdaxiləsindən söz açıblar.

Aİ liderləri Rusiyanın dezinformasiya kampaniyasına 2015-ci ilin sentyabrında “Şərqi Stratcom” işçi qüvvəsinin yaradılması ilə reaksiya veriblər. Bu tədbir “Şərq tərəfdaşlığında” Avropa İttifaqı dəyərlərinin və siyasətlərinin təbliğatını nəzərdə tutur.

İşçi qüvvəsi habelə ictimaiyyətin Rusiya kimi kənar elementlərin dezinformasiyasından agah edilməsini tövsiyə edir.

King deyib ki, işçi qüvvəsi iki il ərzində “kremlyönlü təbliğata, açıq mənbələrdə olan faktlara qarşı dezinformasiyaya dair 3500-dək nümunə aşkar edib. Rusiya bu dezinformasiyanı bir çox hallarda müxtəlif dillərdə təkrar edib.

King təəssüflə qeyd edib ki, ictimai rəy sorğularına nəzər yetirdikdə Rusiya təbliğatının son dərəcə uğurlu ola bildiyini görmək mümkündür. Bir çox adamlar kremlyönlü medianın verdiyi açıq dezinformasiyanı həqiqət kimi qəbul edirlər.

Avropa millət vəkilləri Avropa İttifaqının “Rusiyanın təbliğat alətləri” qarşısında müqavimətinin artırılması məqsədilə “media maarifləndirməsi, agahlığın artırılması, müstəqil və təhqiqat jurnalistikasının təbliğatının gücləndirilməsi kimi tədbirlərin həyata keçirilməsini təklif ediblər.

Onlar habelə deyiblər ki, media qurumlarının sahibliyinin, siyasi partiyaların və kampaniyaların maliyyələşdirilməsinin şəffaflaşdırılması mühümdür.

Yanvarın 15-də Avropa Komissiyasının yüksək səviyyəli ekspert qrupu ilk dəfə olaraq saxta xəbərlərlə mübarizəni müzakirə etmək üçün bir araya gəlib.

Bu ekspert qrupu görüləcək təbirlər planını və tövsiyələri aprel ayında təqdim etməlidir.

XS
SM
MD
LG