Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir


Avropa Birliyinin parlamenti. Strasburg

Rusiyanı yeni sanksiyalar gözləyir.

“The Telegraph” qəzeti yazır ki, bu, rusiyalı keçmiş kəşfiyyatçı Sergei Skripal və qızı Yuliyanın İngiltərənin Solsberi şəhərində “Noviçok” maddəsi ilə zəhərlənmələri ilə bağlıdır.

Avropa Birliyi xarici işlər nazirliyinin artıq bazar ertəsi müvafiq sənəd imzalayacağı gözlənir.

Yeni sanksiyaya Rusiya kəşfiyyatının məmurları salınacaq.

Onların bank hesabları dondurulacaq və Avropa Birliyinə buraxılamayacaqlar.

Sanksiya təşəbbüsü, Suriya və İngiltərədəki kimyəvi hücumlardan sonra Böyük Britaniya ilə Fransadan gəlib.

Böyük Britaniyanın xarici işlər nazirliyi qeyd edib ki, yeni sanksiyalar kimyəvi silahdan istifadə edən istənilən ölkənin vətəndaşlarına da şamil ediləcək.

London hesab edir ki, Skripal və qəzə Yuliyanın zəhərlənməsinə görə birbaşa Rusiya cavabdehlik daşıyır.

Britaniya bu yaxınlarda bəyan elədi ki, bu hücumu qondarılmış Aleksandr Petrov və Ruslan Bashirov adlı adamlar törədiblər.

Araşdırmaçı “Bellingcat” qrupu isə iddia edir ki, onların əsil adları Aleksandr Mishkin və Anatoliy Cepigadır.

Kreml ittihamları rədd edir.

Britaniyanın xüsusi xidməti sentyabrın sonlarında isə Skripalın zəhərlənməsind əli olan 3-cü Rusiyalının aşkar edildiyini bəyan edib.

Onun Rusiya hərbi kəşfiyyat xidmətinin zabiti olduğu bildirilir.

Məlumata görə həmin adam, həmkarları zəhərli maddəni İngiltərəyə aparmazdan əvvəl Solsberidə olub.

Keçmiş rusiyalı casus Sergei Skripal və qızı Yulia martın 4-də Solsberidə oturacaqda huşsuz vəziyyətdə tapılmışdılar. Amma uzun müalicə və möcüzə nəticəsində sonda özlərinə gələ bildilər.

XS
SM
MD
LG