Keçid linkləri

Təcili xəbərlər
2021, 29 İyul, Cümə axşamı, Bakı vaxtı 06:52

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı


İlhaq edilmiş Krımın Sevastopol şəhərində Rusiya bayrağı ilə millətçi yürüş

Avropa İttifaqının sammiti Rusiya üzərinə Krımın ilhaqına və Donbasdakı separatçılara görə qoyulmuş sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib.

Bu barədə məlumatı Avropa Şurasının sədri Şarl Mişel özünün Twitter hesabından verib.

Mişel bildirib ki, Brüssel Rusiyadan konstruktivlik və Avropa İttifaqı və üçüncü ölkələrə qarşı hərəkətlərinin dayandırılacağını gözləyir.

Onun sözlərinə görə, Mosva Ukrayna barəsində Minsk razılaşmalarının həyata keçirilməsinə öz töhfəsini verməlidir.

Rusiyaya qarşı sektoral sanksiyalar 2014-cü ildən elan edilib və Rusiya şirkətlərinin Avropanın kapital bazarına çıxışını, onun silah və ikitəyinatlı mallarının, neft hasilatı üçün texnologiyaların alış-verişini məhdudlaşdırır.

Rusiya və Ukrayna Minsk razılaşmalarının yerinə yetirilməməsinə görə bir-birlərini ittiham edirlər.

Moskva israr edir ki, Minsk razılaşmasına görə Kiyev danışıqları onunla yox, Donbasdakı rusiyayönlü separatçılarla aparmalıdır.

Zaxarovanın bəyanatı

Bu arada Moskva bildirib ki, Avropa İttifaqı ilə bərabərhüquqlu tərəf kimi dialoqa hazırdır, lakin “birtərəfli və qanunsuz” sanksiya hədələrini və ona əvvəlcədən hər hansı şərtlərin qoyulmasını birmənalı şəkildə rədd edir və belə hərəkətlərə mütənasib cavab verəcək.

Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatına görə bu barədə bəyanatı Rusiya XİN-in sözçüsü Mariya Zaxarova iyunun 25-də Avropa İttifaqı sammitinin qərarını şərh edərkən verib:

"Öz tərəfimizdən biz Avropa İttifaqı ilə, qərarda qeyd olunan və qarşılıqlı maraq kəsb edən məsələlər də daxil bərabərhüquqlu dialoqa hazırlığımızı bir daha təsdiqləyirik. Lakin bu dialoq bir sıra Aİ paytaxtlarında ümid edilənin əksinə olaraq heç bir ön şərtlərə əsaslanmamalıdır. Beləliklə, bizim ölkəmizə qarşı birtərəfli və qanunsuz sanksiyalara qaçılmaz şəkildə proporsional cavab veriləcəkdir və Brüssel bundan yaxşı xəbərdardır”.

Zaxarovanın sözlərinə görə, Avropa İttifaqının sammiti onun Rusiya ilə münasibətlərdə aydın strategiyaya malik olmadığını göstərib.

Avropa İttifaqı sammitinin əvvəlində Fransa və Almaniya liderləri Emmanuel MakronAngela Merkelin Vladimir Putinlə birbaşa görüş keçirmək təklifi blokun əksər üzvlərin tərəfindən rədd edilib.

Mariya Zaxarova görünür buna işarə ilə deyib:

"Avropa strukturlarının kibertəhlükəsizlik də daxil onları narahat edən məsələr barədə peşəkar dialoqdan qaçmaları təəssüf doğurur”.

XS
SM
MD
LG