Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Rusiyaya qarşı sanksiyalar daha 6 ay uzadıldı


Avropa Birliyinin Brüssel sammiti
Avropa Birliyinin Brüssel sammiti

Avropa Birliyi liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzatmaq qərarına gəliblər.

Qeyd edək ki, bu sanksiyalar 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki hərbi münaqişəyə görə tətbiq edilib.

AzadlıqRadiosunda olan məlumata görə, razılaşma Avropa Birliyinin iyunun 29-da Brüsseldə keçirilən sammiti çərçivəsində əldə olunub.

2014-cü ildən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gedən savaşda 10 mindən çox adam ölüb.

Qərb Moskvanı rusiyapərəst separatçıları dəstəkləməkdə günühlandırır.

Moskva ittihamı rədd edir.

Həmçinin ABŞ eyni məsələyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Liderlər həmçinin Rusiyanı, 2014-cü ildə Ukraynanın şərqində, Donbas üzərində “Boinq” sərnişin təyyarəsinin vurulmasına görə cavabdehliyi etiraf etməyə, habelə həqiqətin tam üzə çıxması və cavabdehlərin cəzalandırılması üçün əməkdaşlıq etməyə çağırıblar.

Xatırladaq ki, sərnişin təyyarəsinin vurulması nəticəsində 200-dən çox adam ölüb.

Rəsmi araşdırma göstərir ki, təyyarə Rusiya istehsalı olan “Buk” raket sistemi ilə vurulub.

Moskva bu ittihamı da rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG