Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:20

Avropada ən soyuq qışdır


Berlin, 6 yanvar 2017
Berlin, 6 yanvar 2017

Avropadason illərin ən soyuq qışı keçir. Finlandiyada mənfi 41 dərəcə rekord vurub. Ağır qrip səbəbindən bu ölkədə 21 nəfər ölüb. Almaniyada isə "Axel" fırtınasından sonra 26 dərəcə şaxta gözlənilir.

Bosniya -Hersoqovinada qar və şaxtalı hava azı 5 gün davam edəcək. Avqustda İtaliyada 300 nəfərin ölümü ilə nəticələnmiş zəlzələ bölgəsi də qar altında qalıb.

Qarlı havada necə hərəkət etməklə bağlı alman həkimlər tövsiyələr yayıblar.

Berlin Ortopediya Dərnəyinin açıqlamasında sürüşüb yıxılmanın qarşısını almaq üçün pinqivin yerişi yerimək məsləhət görülür.

Həkimlər deyir ki, insanlar yeridikcə bədənlərinin ağırlığı hər iki ayağa bərabər şəkildə düşür və yıxılma riski artır. Pinqivinlərsə insanlardan fərqli olaraq ağırlıq mərkəzini önə atılan ayağa yönəldir. Bununla da sürüşkən yolda yıxılmırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG