Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:10

Avropa İttifaqı partnyorlara ‘ləng dəstək verdiyini’ təkzib edir


Oliver Varhelyi
Oliver Varhelyi

Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi blokun, koronavirus pandemiyasına qarşı mübarizədə Balkan qonşularına və Şərq Tərəfdaşlığı ölkələrinə ləng dəstək verdiyinə dair iddiaları rədd edib.

O aprelin 2-də AzadlıqRadiosuna verdiyi müsahibədə deyib ki, Çin və Rusiyanın Avropa İttifaqının böhrana reaksiyasını siyasiləşdirməsindən qətiyyən narahat deyil:

“Düşünürəm ki, biz Aİ daxilində böhranla mübarizəyə başlayan kimi olduqca çevik reaksiya vermişik. Biz bütöv bir regiona dərhal kömək etməyə başlamışıq. Burda söhbət yarışdan yox, köməkdən gedir”.

Azərbaycana da dəstək verilir

Balkanlar məsələsinə gəlincə, Aİ martın 30-da, bloka üzv olmaq istəyən Albaniya, Bosniya, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiyanın koronavirusla mübarizəsinə 38 milyon avroluq (41, 1 milyon dollar) yardım hazırlandığını bəyan edib.

Xəbər verilir ki süni nəfəs aparatlarının ilk dəsti Bosniya-Herseqovinya bu həftə çatdırılıb.

Bundan başqa Aİ Kosovonu təcili tibbi yardım ambulansları ilə təchiz edir.

Oliver Varhelyi deyib ki, Aİ özünün şərq partnyorları olan Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın koronavirusla mübarizədə təcili ehtiyacları üçün bu ölkələrə 140 milyon avro (154 milyon dollar) ayırıb.

Komissar əlavə edib ki, bu ölkələrə habelə zəruri tibb avadanlığının “tezliklə” veriləcəyinə əmindir.

Kim bilməsə də, Serbiya bilir

Bu yaxınlarda Serbiya prezidenti Alexander Vucic Avropa İttifaqını “onun ölkəsini tək qoymaqda” ittiham etmiş və Çinin bu böhran vaxtı göndərdiyi yardımlara görə Pekinə təşəkkürünü bildirmişdi.

Lakin Varhelyi deyib ki, Serbiya prezidenti “ən çox köməyin bizdən gəldiyini” bilməmiş deyil:

“Biz Serbiyaya 7.5 milyon avroluq (8.1 milyon dollar) yardım göstərmişik, Çin 5 milyon avroluq (5.4 milyon dolalr) yardım göstərib.. Avropa İttifaqı bu regionda ən mühüm partnyor olaraq qalır”.

Bəzi Avropa ölkələrinə koronavirusla mübarizədə dəstək verənlərdən biri də Rusiyadır.

Rusiya mart ayında İtaliyaya tibbi ləvazimatlar yardımı daşıyan onlarca təyyarə göndərib.

Moskvanın siyasi “humanitar” yardımı

Lakin şərhçilər bildirirlər ki, Rusiya bu yardımlardan siyasi divident əldə etməyə çalışır. Moskva Romaya təlqin edir ki, Avropa İttifaqı onun probleminə biganədir.

Avropa İttifaqının bütün bunları nəzərə alan bir neçə millət vəkili martın 30-da blokun rəhbərliyinə məktubla müraciət edərək COVID-19 pandemiyasının genişləndiyi bir şəraitdə Rusiya və Çinin dezinformasiyalarına qarşı mübarizəni gücləndirməyə çağırıb.

Məktubda deyilir ki, Pekin və Moskva Avropa İttifaqının reputasiyasını sarsıtmağa və avropalılar arasında demokratik dəyərlər və təsisatlara inamsızlıq yaratmağa cəhdlər göstərir.

Avropa Parlamentinin millət vəkilləri Avropa İttifaqını koronavirusdan daha çox ziyan çəkən İtaliya, İspaniya, habelə Fransanın bir sıra regionlarına daha səmərəli yardım göstərilməsinə çağırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG