Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Avropa Parlamenti Moskvaya Azov dənizinə görə sanksiya xəbərdarlığı edir


Rusiyanın Kerç üzərindən çəkdiyi 19 kilometrlik körpü beynəlxalq qarşıdurmaya səbəb olub
Rusiyanın Kerç üzərindən çəkdiyi 19 kilometrlik körpü beynəlxalq qarşıdurmaya səbəb olub

Avropa Parlamenti Rusiyaya xəbərdarlıq edərək bildirib ki, Moskva Azov dənizində “de facto blokadanı intensivləşdirməklə” beynəlxalq qanunları pozmaqda davam edərsə, ona qarşı sanksiyalar gücləndiriləcək.

Qərb Rusiyanın Azov hövzəsindəki fəaliyyətini Ukraynanın sabitliyini pozmaq cəhdi kimi dəyərləndirir.

Oktyabrın 25-də qəbul edilmiş qətnamə Avropa İttifaqı üzvlərini Rusiyaya ciddi xəbərdarlıq verilməsinə çağırır. Qətnamədə Rusiyanın Azovdakı fəaliyyəti “Ukraynanın suverenliyinin pozulması” kimi qiymətləndirilir.

Qətnamədə deyilir ki, Rusiya Federasiyasının Azov dənizindəki aşırı fəallığı beynəlxalq dənizçilik qanunlarını və Rusiyanın özünün beynəlxalq öhdəliklərini pozur.

Qətnamə Azov dənizində Ukrayna və Avropa İttifaqı ölkələrinin gəmiləri də daxil kommersiya gəmilərinin tez-tez və lüzumsuz olaraq saxlanması və təftiş edilməsini pisləyir.

Azov dənizi ilə bağlı bu mübahisə Moskva Krasnodar diyarından ilhaq olunmuş Krıma 19 kilometrlik körpü salandan sonra başlanıb. Avropa İttifaqı artıq bu körpünün tikintisi ilə bağlı Rusiyanın üzərinə ağır sanksiyalar qoyub.

ABŞ və Avropa İttifaqı bu körpünün tikilməsi ilə Rusiyanın beynəlxalq gəmiçiliyi blokladığını bildirirlər. Moskva Kerç boğazı üzərindən çəkilmiş bu körpünün altından keçən gəmilərə ölçü limiti qoyub.

Bu boğaz Ukraynanı onun Azov dənizindəki ərazi suları ilə birləşdirən yeganə yoldur.

Avropa Parlamenti habelə bu körpünün tikintisində Avropa şirkətlərinin iştirakını pisləyib.

Parlamentin qətnaməsi Avropa İttifaqını üzv ölkələrin bu barədə informasiyanı paylaşması üçün tədbirlər görməyə çağırır.

Ukrayna prezidenti Petro Poroshenko-nun administrasiyası Avropa Parlamentinin bu qətnaməsini alqışlayıb və Kremlin “Azov dənizində və Kerç boğazında aqressiv hərəkətlərini” pisləyib.

“Təcavüzkar Rusiya anlamalıdır ki, onun beynəlxalq qanunları və ikitərəfli razılaşmaları pozan bütün hərəkətləri demokratik icmadan güclü və adekvat cavab almaqda davam edəcək. Avropa İttifaqı Ukrayna ilə birlikdə Azov dənizinin Rusiya tərəfindən ilhaq edilməsi cəhdlərinə və naviqasiya azadlığının pozulmasına müqavimnət göstərəcək”.

Ötən mayın ortalarında körpü tikintisi başa çatdıqdan sonra Rusiyanın Azov dənizinə Xəzər donanması gəmiləri də daxil hərbi gəmiləri gətirdiyi barədə xəbərlər yayılıb. Moskva bunu körpünün təhlükəsizliyinin təmin olunması istəyi ilə izah edir.

O vaxtdan bəri Rusiya Ukraynaya və başqa ölkələrə məxsus 149 gəmini, bəzilərini dəfələrlə olmaqla saxlayıb. Bu gəmilərin ekipajları sorğu-sual edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG