Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 13:47

Avropa Parlamenti Ukraynaya 50 milyard avro ayrılmasına səs verib


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamenti Ukraynaya qarşıdan gələn dörd ildə 50 milyard avro məbləğində yardımın ayrılmasına səs verib.

Bu qərarın leyhinə 536, əleyhinə 40 deputat səs verib, daha 39 deputat bitərəf qalıb.

Avropa Parlamentinin internet saytında dərc edilmiş məlumatda deyilir ki, Avropa İttifaqı Ukraynanı dəstəkləyir və buna ehtiyac olduğu müddətdə dəstəkləməkdə davam edəcək.

Xəbər verilir ki, bu yardımın əhəmiyyətli bir hissəsi – 33 faizi Ukraynaya qrantlar şəklində veriləcək.

Yardımın 20 faizi ölkənin müharibə nəticəsində dağıdılmış infrastruktur obyektlərinin bərpası üçün ayrılıb.

Bu da əlavə edilir ki, qrant vasitələri Rusiyanın dondurulmuş aktivlərindən maliyyələşdiriləcək.

İndi bu qərarı Avropa İttifaqı Şurası təsdiq etməlidir.

Macarıstanın müqavimətinə üstün gələrək

Avropa İttifaqının liderləri Ukraynaya bu makromaliyyə yardımının ayrılması barədə qərarı, Macarıstanın uzun müddətdir davam edən müqavimətinə üstün gələrək fevralın 1-də qəbul etmişdilər.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen fevralın 24-də Kiyevə səfəri zamanı demişdi ki, Ukrayna bu yardımın ilk tranşını artıq mart ayında ala biləcək. Amma o vaxt o yardımın dəqiq məbləğini bildirməmişdi.

Ukraynanın İqtisadiyyat Nazirliyi bundan əvvəl bildirmişdi ki, mart ayında Avropa İttifaqından 4.5 milyard avro yardım gələcəyinə ümid edir.

Brüssel ötən həftə Rusiyaya qarşı sanksiyaların 13-cü paketini təsdiq edib.

Macarıstan o vaxt bildirmişdi ki, o bu sanksiyalar paketi ilə razılaşıb, çünki hazırkı mərhələdə onun iradları nəzərə alınıb.

XS
SM
MD
LG