Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Avropada pandemiya qaydalarına etirazlar-yenilənib


Parisdə anti-vaksin etirazları
Parisdə anti-vaksin etirazları

Avropada pandemiya ilə bağlı tətbiq olunan və müzakirəyə çıxarılan məhdudyətlərə qarşı etirazlar keçirilib.

Etirazlardan sonra Fransada sanitar buraxılış tələb olunması ilə bağlı qanun layihəsinə dəyişiklik edilib.

Senata nəzarət edən müxalifət nümayəndələri, müddəaları yumşaltmaq üçün qanun layihəsinə bir sıra düzəlişlər ediblər. Sanitar keçidlərin tətbiqi avqustun sonundan sentyabrın 15-nə uzadılıb, Müxalif senatorlara görə, kafe və restoranların küçə teraslarına, supermarketlərə girərkən adamlardan keçid sənədi tələb olunmamalıdır.

Yetkinlik yaşına çatmayanlar da sağlamlıq vəsiqəsi almaq məcburiyyətindən azaddırlar.

İndi parlamentin aşağı palatası - prezident Emmanuel Macronun tərəfdarları tərəfindən idarə olunan parlament - qanun layihəsinə yenidən baxmalıdır. Amma aşağı palata təklif olunan düzəlişləri qəbul etməyib daha sərt bir layihəni də təsdiq edə bilər.

***

Avropanın müxtəlif şəhərlərində on minlərlə adam COVİD-19-un yayılması və peyvəndlənmə ilə bağlı tətbiq olunan qaydalara etirazla bağlı küçələrə çıxıb. Ən böyük etirazlar Fransada baş verib.

Təxminən 160 min etirazçı restoranlara, digər ictimai yerlərə girmək üçün xüsusi keçid, bütün səhiyyə işçiləri üçün COVID-19 aşılarının vurulması öhdəliyini tələb edən bir qanun layihəsinə qarşı çıxıblar.

Parisdə etirazlar ümumən sakit keçsə də Bastilya meydanında kiminsə polisə stul atmasından sonra nümayişçiləri dağıdmaq üşün gözyaşardıcı qazdan və su sırnağından istifadə edilib.

Müzakirə olunan qanun layihəsində "sağlamlıq buraxılışı" indi muzeylərə, kinoteatrlara, turizm sahələrinə, restoran, bar və bəzi digər yerlərə daxil olmaq üçün də tələb olunur.

Buraxılışı almaq üçün insanlar tam aşılanmalı, yeni bir mənfi testdən keçməli və ya COVID-19-dan sağaldıqlarını təsdiqləyən sənədləri olmalıdır.

Romada da minlərlə etirazçı hökumətin qapalı yeməkxanalara, stadionlara, kinoteatrlara və digər toplantı yerlərinə giriş üçün “yaşıl keçid” tələb etməsinə dair qərarına qarşı dinc etiraz aksiyaları keçiriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG