Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:32

Avropa Oyunlarında qəza videosuna görə həbs olunan polisin cəzası yüngülləşdi


Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

2015-ci ilin iyununda Bakıda birinci Avropa Oyunları keçirilən zaman avstriyalı atletlərin avtobusla vurulması ilə bağlı məhkəmə çəkişmələri hələ də davam edir.

O işdə ən ağır cəza alan atletlərin vurulduğu görüntüləri yaymağa görə həbs edilmiş polis oldu. Nizami rayon Polis İdarəsinin əməkdaşı, “Təhlükəsiz şəhər” Xidmətinin operatoru işləmiş Elçin Həsənova həmin videoya görə 4 il həbs cəzası verilmişdi.

Fevralın 2-də Ali Məhkəmədə CM-nin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinən E.Həsənovun kassasiya şikayətinə baxılıb. O, görüntülərin yayılmasında heç bir günahı olmadığını bildirərək, bəraət verilməsini istəyib. İmran Hacıqayıbovun sədrlik etdiyi hakimlər kollegiyası ona bəraət verməsə də, cəzasını azaldıb – ona təyin edilmiş həbs müddəti dörd ildən 3 ilə endirilib.

Buna da bax: Üzgüçü qızları əzən avtobus qəzasının məhkəməsi başladı

Bu cinayət işində polislə yanaşı, qəzanı törətmiş sürücü Vəli Əhmədov və onun adının Avropa Oyunlarında xidmət edəcək sürücülər siyahısına salınmasına görə cəzalandırılan Nəqliyyat Nazirliyinin iki vəzifəlisi – nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və həmin qurumun Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanov da cinayət məsuliyyətinə cəlb olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücüyə 3, Nəqliyyat Nazirliyinin keçmiş əməkdaşlarına isə 4 il cəza verildi. Amma polisdən fərqli olaraq, onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisədə çəkməli idilər. Onlardan yalnız F.Əmiraslanov kasasiya şikayəti vermişdi, amma sonradan Ali Məhkəmədə onun özünün xahişi ilə baxılmamış saxlanılıb.

Verena Breit, Vanessa Sahinovic və Luna Pajer
Verena Breit, Vanessa Sahinovic və Luna Pajer

Hadisə 2015-ci il iyunun 11-də - Birinci Avropa Oyunlarının açılış mərasimindən bir gün öncə əcnəbi idmançıların qaldığı “Atletlər kəndi”ndə baş verib. Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinovic, Luna Pajer Verena Breit piyada yolu ilə gedərkən avtobus onları vurub.

Qəzada 16 yaşlı Vanessa Sahinoviç daha ciddi xəsarət alaraq, əlil olub. Onun aşağı ətrafları iflic olub, hərəkət qabiliyyətini itirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG