Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Azərbaycan Minskdə 17-ci yerdədir


Belarus, Avropa oyunlarının açılış mərasimi, 21 iyun 2019-cu il
Belarus, Avropa oyunlarının açılış mərasimi, 21 iyun 2019-cu il

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında iyunun 26-da günün sonuna yaxın Azərbaycan 14-cü medalını da qazanıb.

Azərbaycan yığmasının güləşçisi Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayıb.

O, Ruminiya təmsilçisi Rares Çintoanla qarşılaşıb. 12:2 hesabı ilə qalib gələn C.Məhəmmədov Minsk-2019-un bürünc mükafatına yiyələnib. Bu, Azərbaycanın II Avropa Oyunlarında 14-cü medalı olub. Bu medalların 1qızıl, 4 gümüş, 9-u da bürnc olub.

Azərbaycan medalların sayına görə 17-ci pillədə qərarlaşıb. Cədvələ isə Rusiya başçılıq edir. İlk altı gündə 200 dəst medaldan tən yarısı sahibini tapıb. Rusiya 100 dəst mükafatdan 28 qızıl, 15 gümüş və 20 bürüncə sahib çıxıb. Belarus ümumi siyahıda 2-ci, Gürcüstan isə 3-cüdür.

İyunun 21-də Minskdə II Avropa Oyunları başlayıb.

İyunun 30-dək davam edəcək II Avropa Oyunlarına Avropanın 50 ölkəsindən 4 mindən çox idmançı qatılıb. Orada idmanın 15 növü üzrə 200 dəst medal qazanılmalıdır. Azərbaycandan Minskə 82 idmançı yollanmışdı. Onlar idmanın 11 növünü təmsil edirdilər.Həmin idmançılardan bəziləri artıq, yarışı medalsız başa vurublar.

XS
SM
MD
LG