Keçid linkləri

Təcili xəbərlər
2019, 11 Dekabr, çərşənbə, Bakı vaxtı 08:09

Azərbaycanın medallarının sayı 11-ə çatıb,amma...


Belarus, 21 iyun 2019-cu il

İyunun 24-də Minskdə keçirilən II Avropa Oyunlarının dördüncü günündə Azərbaycan idmançıları cüdo, tramplin gimnastikası, boks və badminton yarışlarında mübarizə aparıblar. Azərbaycan idmançıları günü 3 bürünc medalla başa vurublar.

Bürünc medalları Azərbaycanın aktivinə cüdoçular yazdırıblar. Cüdoçulardan Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medallara sahib olublar.

“Minks 2019”da Azərbaycan yığmasının aktivində 4 gümüş və 7 bürünc medal var.

İyunun 24-nə olan məlumata görə, II Avropa Oyunlarına 47 medalla Rusiya yığması başçılıq edir. Rusiyalı idmançılar 21 qızıl, 12 gümüş və 14 bürünc medal qazanıblar. İkinci yerdə Belarus (11-9-18), üçüncü yerdə isə Gürcüstan yığması (6-5-9) qərarlaşıb.

Yarışlar davam edir.

Xatırlatma

İlk Avropa Oyunları 2015-ci ilin iyununda (12-28-də) Bakıda keçirilib. Bakı-2015-də Azərbaycan komanda hesabında ikinci yerdə qərarlaşıb. Onlar 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

İlk Avropa Oyunlarında birinci yeri isə aktivində 164 medal (79-40-45) olan Rusiya tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG