Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Avropa Birliyi Ukraynanın separatçı bölgələrində planlaşdırılan seçkiləri tanımır


Avropa Birliyi noyabrın 11-də Ukraynanın separatçı bölgələri Luqansk və Donetskdə nəzərtə tutulan seçkiləri tanımadığını bəyan edib.

Birliyin yaydığı rəsmi bəyanatda deyilir ki, bu beynəlxalq qanun və Ukraynanın şərqindəki münaqişəsin həlli ilə bağlı Minsk razılaşmasına ziddir.

Avropa Birliyi həmçinin Rusiyanı separatçılar üzərindəki nüfuzundan istifadə edərək Minsk razılaşmasının tezliklə yerinə yetirilməsinə nail olmağa çağırıb.

Avropa Birliyi və BMT-nin siyasi məsələlər üzrə baş katibi Rosemary DiCarlo bundan əvvəl də belə bir seçkini rədd etmişdilər.

Həmçinin Ukrayna seçkini pisləyib.

2015-ci ildə imzalanmış Minsk razılaşmasına əsasən bu separatçı bölgələrdə seçki Ukrayna qanunlarına əsasən keçirilməlidir.

“Noyabrın 11-də Rusiyanın keçirmək istədiyi bu saxta seçkilər,yeni sanksiyalara səbəb olacaq və göstərəcək ki, Qərbin səbri məhdud deyil”, Ukrayna prezidenti Petro Poroshenko noyabrın 7-də deyib.

Buna da bax:Ukraynada seçki qalmaqalı.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçı rejimləri dəstəkləməkdə günahlandırır.

Moskva ittihamları rədd edir.

ABŞ və Avropa Birliyi də daxil olmaqla beynəlxalq aləm Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişələrə görə, Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

2014-cü ildən bu yana Ukraynanın şərqində gedən silahlı münaqişədə 10 mindən çox adam ölüb.

Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovych “Meydan” hadisələri ilə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Moskva Ukraynanın şərqindəki separatçı münaqişə saldı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG