Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

Avropa Birliyi Moldovaya daha 45 milyon dollar ayırdı


Avropa Birliyinin genişlənmə üzrə komissarı Johannes Hahn və Moldovanın baş naziri Maia Sandu , 3 iyul, 2019, Brüssel
Avropa Birliyinin genişlənmə üzrə komissarı Johannes Hahn və Moldovanın baş naziri Maia Sandu , 3 iyul, 2019, Brüssel

Avropa Birliyi Moldovaya 45 milyon dollar maliyyə yardımı verəcək.

AzadlıqRadiosunun məlumatına görə, belə bir razılaşma Moldovanın yeni baş naziri Maia Sandunun iyulun 24-də Brüsselə səfəri zamanı əldə olunub.

O səfər zamanı Avropa Birliyinin genişlənmə məsələləri ezrə komissarı Johannes Hahn-la görüşüb və razılaşma da onunla imzalanıb.

Bu vəsaitin 26 milyonu Moldovanın iqtisadi inkişafına, 9 milyonu qanunun aliliyinin təmin edilməsinə, 10 milyonu isə Asosasiya razılaşmasının reallaşmasına sərf olunacaq.

Hahn, Sandunun baş nazir kimi fəaliyyətini, ölkədəki siyasi qüvvələri birləşdirməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, Avropa Birliyi hələ bundan əvvəl-iyulun 23-də Moldovaya 16 milyon dollar yardım göndərib.

Hahn bildirib ki, bu vəsait, Moldova hökumətinin, qanunun aliliyinin təmin edilməsi və korrupsiya ilə mübarizə sahəsində irəliləyişə nail olmasına görə ayrılıb.

Maia Sandu deyib ki, korrupsiya ilə mübarizəni davam etdirmək və prokurorluq sistemində islahatlar aparmaq üçün ölkədə yeni baş prokuror seçiləcək.

Qeyd edək ki, ötən ay Moldovada avropapərəst ACUM qrupu və rusiyapərəst sosialist partiyalarının iştirakı ilə koalision hökumət quruldu.

Bunadək bir neçə ay idi ki, ölkədə yeni hökumət məsələsi düyünə düşmüşdü.

Sandu Avropa Birliyi ilə əlaqələrin yaxşılaşdırılacağını vəd edib və bunun hökumətin qarşısında duran əsas məsələ olduğunu deyir.

O, səfər zamanı Avropa Komissiyasının prezidentiJean-Claude Juncker-lə də görüşüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG