Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:33

Avropa Məhkəməsindən Azərbaycana 135 min avroluq cəza


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Dekabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi Avropa Məhkəməsi 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı 14 şikayət üzrə qərar çıxarıb.

Bu barədə vəkil Əsabəli Mustafayev özünün Facebook səhifəsində məlumat yayıb.

O, bütün işlərdə azad seçki hüququnun pozulmasının tanındığını bildirir.

Onun sözlərinə görə, qərara görə Azərbaycan hakimiyyəti 12 iş üzrə dəymiş mənəvi zərərə görə 10 min, 2 iş üzrə isə 7500 avro məbləğində kompensasiya ödəməlidir.

Vəkil deyir ki, məhkəmə bu işləri siyahıdan çıxartmaqdan imtina edib və bu o deməkdir ki, Nazirlər Komitəsi işlərin icrasını nəzarətə götürəcək.

Avropa Məhkəməsinə şikayət edənlər bunlardır:

" Xalid Bağırov, Tural Abbaslı, Yeganə Hacıyeva, Əlayif Həsənov, Xəyyam Məmmədov, Əli Qasımlı, Təzəxan Mirələmli, Pərviz Həşımov, Natiq Cəfərov, Eyyub Ümidov, Vüqar Əliyev, Möhübbət Cabbarov,Vahid Cəfərov və Razi Abbasov.

Yeganə Hacıyevlə Xəyyam Məmmədova 7 min 500, qalanlarına isə 10 min avro məbləğində təzminat ödənilməlidir.

Bundan başqa hökumət vəkil xərclərinə görə də təzminat ödəyəcək.

Vəkilin sözlərinə görə, qərar gecikdiyinə və pozuntular eyni olduğuna görə məhkəmə onları birləşdirmək qərarına gəlib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG