Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Avropa liderləri Rusiya üzərinə sanksiyaların uzadılmasını tövsiyə edirlər


Angela Merkel (solda) və Emmanuel Makron
Angela Merkel (solda) və Emmanuel Makron

Avropa İttifaqının liderləri dekabrın 10-da Rusiya üzərinə Ukrayna münaqişəsinə görə qoyulmuş sanksiyaların müddətinin daha 6 ay uzadılmasına dair razılığa gəliblər.

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Avropa İttifaqının digər hökumət və dövlət başçılarına Brüsseldə keçirilən sammitdə Rusiya ilə Normand dördlüyü formatında aparılan danışıqların vəziyyəti barədə məlumat veriblər.

Normand dördlüyünə Fransa, Almaniya, Ukrayna və Rusiya daxildir. Bu dördlük Ukraynanın şərqindəki moskvayönlü separatçılarla Kiyev arasında münaqişənin çözümü üçün yaradılıb.

Makron və Merkel Rusiya üzərinə sanksiyaların uzadılmasını təklif ediblər.

Normand formatında 2019-cu ildən bəri heç bir danışıqlar aparılmayıb. Bundan əvvəl dördlük yalnız 2016-cı ildə bir araya gəlmişdi.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 2014-cü ildə Moskvanın Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etməsindən sonra elan edib.

O vaxtdan bəri sanksiyaların müddəti hər 6 aydan bir uzadılır.

Avropa İttifaqı səfirləri Rusiyanın maliyyə, enerji və müdafiə sektorlarını əhatə edən sanksiyaların uzadılmasına dair rəsmi qərarı qarşıdan gələn həftələrdə qəbul edəcəklər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG