Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

Ukrayna və Moldova üçün Aİ-yə namizəd statusu tövsiyə olundu


Tbilisidə yürüş, 16 iyun, 2022-ci il
Tbilisidə yürüş, 16 iyun, 2022-ci il

Mənbələr deyirlər ki, Ukrayna və Moldova üçün bir sıra sahələrdə öhdəliklər qoyulacaq, Avropa Komissiyası ilin sonuna vəziyyəti dəyərləndirəcək

Tövsiyəni Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen iyunun 17-də açıqlayıb.

“Hamımız bilirik ki, ukraynalılar Avropa gələcəyi uğrunda ölməyə hazırdır. Onların bizimlə birlikdə Avropa arzusunu yaşamasını istəyirik”, – von der Leyen Brüsseldə mətbuat konfransında söyləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski qərarı dərhal alqışlayıb, “bizi mütləq qələbəyə yaxınlaşdıracaq Aİ-yə üzvlük yolunda ilk addım” adlandırıb.

Zelenski Komissiyanın “tarixi qərar”ına görə von der Leyenə təşəkkür edib, deyib ki, gələn həftəki sammitdə Aİ liderlərinin Ukraynaya “müsbət nəticə” verəcəyini gözləyir.

Zelenski böyük bir simvolik addım olaraq, gələn aydan rusiyalıların Ukraynaya vizasız girişini qadağan edib.

Donbasda dron savaşı
Gözlə
Embed

No media source currently available

0:00 0:03:56 0:00

Moldova Prezidenti Maya Sandu da Avropa Komissiyasının qərarını alqışlayıb.

“Tövsiyə belə bir anlaşmaya əsaslanır ki, ölkəmiz ədliyyə islahatı, korrupsiya ilə mübarizə, dövlət administrasiyası və insan haqları kimi əsas sahələrdə daha çox cəhd göstərəcək”, – Sandu deyib.

Kreml isə Ukraynanın Aİ-yə üzvlük cəhdlərini yaxından izləyəcəyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, bu məsələ “bizdən gücləndirilmiş diqqət tələb edir, çünki hamımız Avropada Aİ-nin müdafiə komponentinin gücləndirilməsi mövzusunda müzakirələrin intensivləşməsindən xəbərdarıq”.

***

Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına (Aİ) namizəd ölkə statusu verməyi tövsiyə edib

Tövsiyə gələn həftə Brüsseldə Aİ-nin sammitində müzakirə olunacaq.

Komissiya bildirib ki, üzvlük üçün müraciət etmiş digər ölkə – Gürcüstan müəyyən şərtləri yerinə yetirəndən sonra namizəd statusu alacaq.

Üzvlük danışıqlarının başlanması üçün Aİ üzvləri buna yekdilliklə razılıq verməlidir.

***

Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusu verməyi tövsiyə edəcək, amma bununla yanaşı bəzi şərtlər irəli sürəcək. Bunu danışıqlardan xəbərdar bir neçə mənbə AzadAvropa/AzadlıqRadiosu-na deyib.

Komissiya iyunun 17-də Ukrayna, Gürcüstan və Moldovanın Aİ-yə üzvlük müraciətlərinə dair dəyərləndirməsini açıqlamalıdır. Mənbələrin dediyinə görə, Gürcüstana spesifiki şərlərə əməl edəcəyi halda namizəd statusu vəd olunacaq.

Tövsiyələr hər üç ölkə üçün əhəmiyyətli sayılır. Özəlliklə Ukrayna Aİ-yolunda irəliləyişin Rusiyanın səbəbsiz işğalı fonunda təhlükəsizliyini gücləndirəcəyinə ümid edir.

Mənbələr deyirlər ki, Ukrayna və Moldova üçün bir sıra sahələrdə öhdəliklər qoyulacaq, Avropa Komissiyası ilin sonuna vəziyyəti dəyərləndirəcək.

Şərtlər

Ukrayna üçün şərtlərin prokurorların təyinatında şəffaflıq, milli azlıqların qorunması, çirkli pulyuma və oliqarxsızlaşdırma üzrə qanunvericiliklə bağlı olacağı gözlənir.

Moldova üçün şərtlərə isə ədliyyə islahatları, enerji, iqlim dəyişikliyi ilə mübarizə, ərzaq təhlükəsizliyi və rəqabət siyasəti daxildir.

Gürcüstana gəlincə, namizəd statusu almaq üçün ən sərt şərtlər ədliyyədə islahatlarla bağlıdır. Brüssel illərdir Tbilisinin bu sahədə geriləməsindən narahatdır.

Mənbələr müəyyən məsələlərin açıq qaldığını deyirlər, məsələn, qoyulan şərtlərə əməl olunmasa namizəd statusu ləğv oluna bilərmi. Status verilənədək ölkələrin müəyyən siyasi addımlar atması üzrə də danışıqlar aparılır.

Bu üç ölkəyə namizəd statusunun verilməsinə dair Aİ-nin qərb üzvləri arasında skeptisizm vardı. Ancaq Fransa və Almaniya liderləri iyunun 16-da Kiyevə səfər zamanı məsələyə dəstək bildiriblər.

Gələn həftə Aİ-nin sammiti keçiriləcək

İyunun 17-də Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusuna dair sürətləndirilmiş rəyini açıqlamalıdır.

İndiyədək heç bir ölkənin namizəd statusuna dair rəy belə sürətlə açıqlanmayıb. Rəyi blokun 27 üzv ölkəsi də təsdiqləməlidir.

Almaniyanın “dpa” agentliyi komissiyadakı mənbələrə istinadla xəbər verir ki, qurumun həm Ukrayna, həm də Moldovaya namizəd statusu verməyin xeyrinə çıxış edəcəyi gözlənir.

Bu rəy əsasından iyunun 23-24-də Aİ sammitində müzakirələr aparılacaq. Üzv ölkələrin Ukraynanın namizəd statusunu təsdiqləyəcəyi, ancaq sərt şərtlər qoyacağı gözlənir. Üzvlük isə illər, hətta onillər çəkə bilər.

Rusiya fevralın 24-də işğala başlayandan dərhal sonra Prezident Volodimir Zelenski Ukraynanın Aİ üzvlüyü üçün rəsmən müraciət edib. Ondan sonra Moldova və Gürcüstan da eyni addımı atıblar.

“Dpa” mənbələrə istinadla yazır ki, Gürcüstana namizəd statusu yalnız müəyyən şərtlərin icrasından sonra verilə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG