Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:31

Avropa Rusiyanı Ukrayna dənizçilərini ‘dərhal və qeyd-şərtsiz’ azad etməyə çağırıb


Saxlanmış Ukrayna dənizçilərindən bir qrupu Rusiya məhkəməsində
Saxlanmış Ukrayna dənizçilərindən bir qrupu Rusiya məhkəməsində

Avropa İttifaqı yenidən Rusiyanı Ukraynanın 3 gəmisini və 24 dənizçisini dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Rusiya sahil keşiyi onları Qara və Azov dənizlərini birləşdirən Kerç boğazının yaxınlığında saxlayıb.

Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-nin sözçüsünün verdiyi məlumata görə bu çağırışı yanvarın 30-da Avropa İttifaqının Moskvadakı səfiri Markus Ederer Rusiya xarici işlər nazirinin müavini Aleksandr Grushko-ya təqdim edib:

"Səfir Avropa İttifaqının yaxşı bəlli olan mövqeyini çatdırıb ki, ittifaq Ukrayna hərbi xidmətçilərinin Rusiya tərəfindən davamlı olaraq saxlanmasını qanunsuz hesab edir”.

Maja Kocijancic bidlirib ki, bu mövqe Avropa İttifaqı səfirinin bəyannaməsində , o cümlədən bir neçə bəyanatlarda ifadə olunub.

Ukrayna hərbi xidmətçiləri və Ukraynanın üç gəmisi Rusiya tərəfindən 2018-ci il, noyabrın 25-də saxlanıb. Bu zaman Ukrayna gəmilərinə əvvəlcə atəş açılıb, daha sonra isə gəmilər taran edilib. Hadisə nəticəsində Ukrayna dənizçilərindən bəziləri xəsarət alıb.

Avropa İttifaqı bildirib ki, Rusiya beynəlxalq qanunlara müvafiq olaraq gəmilərin Azov dənizindən Kerç vasitəsilə əngəlsiz və maneəsiz keçidini təmin etməlidir və Moskvanın zora əl atması “qeyri-məqbuldur”.

Bəyanatda deyilir: "Biz Rusiyanın 24 Ukrayna dənizçisini dərhal və qeyd-şərtsiz azad etməsini, onların hüquqi müdafiə haqqına hörmət göstərməsini, onlara konsul çıxışının verilməsini və dənizçilərə lazımi tibbi xidmətin göstərilməsini gözləyirik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG